adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Yanvar 2018 17:47
15534
DÜNYA
A- A+

Rusiya hərbçiləri geri çəkilməyə başladı

Türkiyənin hətbi əməliyyat keçirməyə hazırlaşdığı Suriyanın Afrin bölgəsində olan Rusiya hərbçiləri ərazidəki mövqelərindən geri çəkilməyəbaşlayıblar.

Adalet.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Afrində Türkiyə sərhədinə yaxın yerdə mövqe tutmuş 170 Rusiya hərbçisinin 17 km geriyə doğru çəkilməyə başladığı xəbər verilir. Bu, Türkiyə ordusunun həmin ərazidə hərbi əməliyyata başlayacağını göstərir.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və Türkiyə kəşfiyyatının (Milli İstihbarat Təşkilatı) rəhbəri Hakan Fidan dekabrın 18-də Rusiyada səfərdə olublar.