adalet.az header logo
  • Bakı 6°C
19 Yanvar 2018 16:31
27073
MƏDƏNİYYƏT
A- A+

“Dolu” filmi Bakı Xoreoqrafiya Akademiyasında - Fotolar

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Əməkdar jurnalist, Milli Məclisin deputatı, yazıçı Aqil Abbasın iştirakı ilə onun ssenarisi əsasında çəkilmiş " Dolu” filmi nümayiş olunub. 

Filmin nümayişindən öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra isə BXA-nın rektoru , professor Timuçin Əfəndiyev Qanlı Yanvar hadisələri haqqında geniş məlumat verib, və həmin günü azadlığa, müstəqilliyə gedən yolun başlanğıcı adlandırıb. T. Əfəndiyev qeyd edib ki, müharibə mövzusunda çəkilən "Dolu" filmi müharibənin dəhşətlərini, dövrün ictimai-siyasi proseslərini yeni nəslə çatdıran, gəncliyin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edən uğurlu ekran əsəridir. Filmin ssenari müəllifi, Aqil Abbas BXA-nın professor-müəllim və tələbə heyətini salamlayaraq, ali təhsil ocağında olmaqdan məmnunluğunu bildirib, universitet rəhbərliyinə minnətdarlıq edib. Həmçinin A. Abbas "Dolu" bədii filmi haqqında məlumat verərək , filmin yaradıcı heyətini BXA-nın professor-müəllim və tələbə heyətinə təqdim etmişdir. Filmin nümayişindən sonra Aqil Abbas və "Dolu" filminin aktyor heyəti ilə görüşən müəllim və tələbələr öz təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, 2012-ci ildə dövlət sifarişi ilə çəkilən "Dolu" filminin rejissoru Elxan Cəfərov, operatoru Nadir Mehdiyevdir . Qəhrəmanlıq və şücaət səhnələri ilə dolu olan filmdə istedadlı aktyorlar iştirak ediblər.