adalet.az header logo
  • Bakı 7°C
19 Yanvar 2018 16:23
18099
SİYASƏT
A- A+

Tacikistanda maliyyə naziri işdən azad edildi

Tacikistan prezidenti Emoməli Rəhmon ölkənin maliyyə naziri Abdusalom Kurbonienin vəzifədən azad edilməsi ilə bağlı fərman imzalayıb.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Tacikistan hökumətinin bu gün keçirilmiş iclasında prezident A.Kurbonienin fəaliyyətində qüsurların olduğunu bildirib.

E.Rəhmon bir sıra şəhərlərdə əməkhaqlarının gecikdiyini və büdcə vəsaitlərinin düzgün xərclənmədiyini vurğulayıb.

Prezidentin digər fərmanı ilə Fayziddin Kahhorzod yeni maliyyə naziri təyin olunub.