adalet.az header logo
  • Bakı 7°C
19 Yanvar 2018 15:55
10669
MƏMLƏKƏT
A- A+

Quba məzarlığı ilə bağlı işlər tamamlanacaq – AÇIQLAMA

2018-ci ilin 31 martında erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımın yüzilliyi tamam olur. Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezidentinin Administrasiyası 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etməlidir. Bundan başqa, Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilir.

Azərbaycanlıların soyqırımının tanınmasında Quba memorial kompleksi xüsusi əhəmiyyət daşıyır. Maraqlıdır, soyqırımın yüzilliyinə kimi məzarlıqla bağlı hansı yeniliklər olacaq?

Bununla bağlıQuba məzarlığı ilə bağlı yaradılan komissiyanın üzvü, deputat İsa Həbibbəyli Modern.az-adanışıb:

"Azərbaycanın prezidenti cənab İlham Əliyevin azərbaycanlıların soyqırımının 100 illiyinin qeyd olunması haqqında qərarı çox böyük tarixi əhəmiyyətə malikdir. Dövlət əhəmiyyətli olan qərar azərbaycanlılara qarşı bir əsr ərzində, son yüzilliyin müxtəlif mərhələlərində törədilmiş qanlı cinayət hadisələrinin, obyektiv şəkildə dərindən əsaslı surətdə Azərbaycan Milli Elmlər Akademiyasında, Azərbaycanın ali məktəblərində öyrənilməsinə böyük şərait yaradır. Eyni zamanda yüzilliyin qeyd olunması Azərbaycan gerçəkliklərinin xalqımıza qarşı Xocalı soyqırımı, Qarabağ hadisələri zamanı törədilmiş bütün vəhşiliklərə eyni zamanda beynəlxalq ictimaiyyətə çatdırmaq bizim borcumuz olacaq. Bunların içərisində sözsüz ki, Quba məzarlığı özünəməxsus böyük yer tutur. Erməni vandalizminin, vəhşiliyinin əyani təcəssümü olan bir məzarlıqdır”.

Deputat qeyd edib ki, soyqırımın yüzilliyinə kimi Quba məzarlığı ilə bağlı işlər tamamlanacaq:

"Soyqırımının yüzilliyin keçirilməsi haqqında qərarda da Quba məzarlığının adının çəkilməsi təsadüfi olmayıb. Erməni vəhşiliklərinin miqyasını, vahidi göstərmək üçün bu məsələyə xüsusi olaraq diqqət yetirilməyinin vacibliyini irəli sürür. Orada bilirsiniz ki, komissiya iş aparıb və məsələləri dərindən təhlil edib. Həmçinin komissiyanın iclası keçirilib, müzakirələr olunub. Soyqırımı məzarlığının rekonstruksiya olunması barədə təkliflər hazırlanıb. Məndə olan məlumata görə, Quba məzarlığının memarlıq planı da hazırlanıb və uyğun qeydiyyatlar təyin olunub. Düşünürəm ki, yüzillik yubileyi çərçivəsində Quba məzarlığında komissiyanın verdiyi təkliflər əsasında yenidənqurma işləri aparılacaq və işlər tamamlanacaq”.