adalet.az header logo
  • Bakı 6°C
19 Yanvar 2018 14:45
16197
SİYASƏT
A- A+

Vahid namizəd problem həll olunur?

2018-ci ildə ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək. Artıq siyasi partiyalarda da bununla bağlı məyyən hazırlıqlar gedir. Hakim Yeni Azərbaycan Partiyası isə növbəti qurultaya hazırlaşır. Partiya yetkilisi Siyavuş Novruzov mətbuata açıqlamasında bildirib ki, yaxın vaxtlarda qurultay keçiriləcək. Hakim partiyanın namizədi məsələsinə aydınlıq gətirən S.Novruzov bu məsələnin partiya rəhbərliyinin səlahiyyətində olduğunu bildirib.


AXCP sədri Razi Nurullayev bildirib ki, hələ bir müddət bundan öncə müxalif partiyalara seçkilərdə vahid namizədlə iştirakla bağlı müraciətlər olunub: "Əli Kərimlinin rəhbərlik etdiyi siyasi partiya və Milli Şura xaric bütün müxalif partiyalara müraciət etmişik. Artıq müəyyən nəticələr var. Bununla bağlı mətbuata geniş açıqlamalarımız olacaq. İndiki məqam üçün onu deyim ki, artıq vahid namiəzdlə bağlı ciddi iş aparılır. Razılaşma var”.




Müsavat Partiyasının Aparat Rəhbəri Gülağa Aslanlı deyib ki, təmsil olunduğu Müsavat Partiyasının prezident seçkiləri ilə bağlı planları var: "Prezident seçkilərində fərqli strateğiya sərgiləmək Müsavat Partiyasının da planlarında var. Vahid namizəd məsələsinin müzakirəsinin başlanması barədə məlumatsızam”.







AMİP katibi Əli Orucov isə bildirib ki, Azərbaycanda əlverişli, demokratik seçki mühiti yaradılmayınca, seçkilərə münasibət müsbət istiqamətə dəyişməyincə, müxalifətin favorit namizədi olmayacaq:"Vahid namizəd məsələsindən öncə ölkədəki seçki müitihihn demokratikləşdirilməsinə, azad rəqabt və sərbəst seçim imkanlarıın yaradılmasına nail olmaq lazımdır. Yalnız belə bir imkan yarandıqdan sonra vahid namizəd məsələsi ətrafinda düşünmək olar. Əks halda seçkilərə bir, yaxud da bir neçə namizədlə getməyin mənası qalmır. İkincisi də müxalifətin vahid namizələ seçkilərə getməsi mümkünsüzdur. Fəqrli baxışlar, ideologiyalar və maraqlar var. Üstəlik də Azərbaycan müxalifətinin bir çoxu sponsorlardan asılı olduqlarından sərbəst qərar verə bilmirlər. Bu isə çətin məsələdir”.



Aydınlar Partiyası sədrinin müavini Qorxmaz İbrahimli hesab edir ki, ölkədə demokratiyanın formalaşmasında müxalifətin önəmli rolu var: "Azərbaycan müxalifətini sıxışdırma siyasəti dövlətçiliyin və demokratiyanın inkişafını da ləngidir. Demokratiyanın inkişafında önəmli rol isə əlbəttə ölkədə keçirilən seçkilərin obyektivliyindədir. Bu yöndə mövcud iqtidarın çox iş görməsinə ehtiyac var. Müxalifət partiyaları olaraq bizlər isə illər uzunu daxili çəkişmələr və bir - birini qaralamaq siyasətimizlə bu gün gəlinən nöqtədə bir ayaya gələ bilməmənin fəsadlarından qurtara bilmirik. Mənim şəxsi fikrimə görə müxalifətin və ya müxalif blokların vahid namizədi hələ bir il əvvəldən formalaşmalı idi. Təəssüf ki, gecikmişik. Seçkiyə qədər doqquz ay bir müddətin qaldığını nəzərə alsaq, məncə vahid namizəd məsələsində uğurlu nəticəyə gələrək, seçki hazırlığına başlaya bilərik”.



BAXCP sədrinin müavini Niyammədin Orduxanlı qeyd edib ki, radikal müxalifət 20 ildən artıqdır ki, vahid namizəd məsələsində razılığa gəlməyib. O, müxalifətin vahid namizəd məsələsində razılığa gələcəyini mümkünsüz hesab edir: "Əsas səbəb də. Bir-birinə güzəşt etməmək. Radikal müxalifət düşərkəsində ən azından 5 nfər var ki, heç bir halda kiminsə vahid namizədi olmağına razı olmaz. 2013-cü ildə Rusiyanın layihəsi olan Milli Şura müəyyən zaman üçün yaradılmışdə və radikal müxalifət inanmışdır ki, Rusiya Rüstəm İbrahimbəyovu hakmiyyətə gətirir və bu məqsədlə onun namizəd olmağına ümid yaranmışdı. lakin sonda İbrahimbəyov hamsını aldadaraq Bakia belə qayıtmadı. Yəni Rusiyadan aldığı tapşırığın yerinə yetirdi. O zaman da belə vahid namizəd öz həllini tapmadı. BU gün isə, prezident seçkilərində hansı fərqli strategiya hazırlayıblar ki? Bir daha deyirəm, heç bir irəliləyişdən söhbət gedə bilməz. Əli Kərimli ömür boyu İsa Qəmbəbə nifrət edib. Və yaxudda əksinə. Bu qüvvələrin xalq dəstəyi ilə hakmiyyətə gəlmək perspektivi yoxdur. Cəmiyyət radikal siyasətə dəstək vermir. Kimin kimə güzəşt etməsi belə heçnəyi həll etmiyəcək. Radikal müxalifət prezident seçkisinə hakmiyyətə gəlmək üçün deyil, müəyyən qüvvələrdən maliyə qopartmaq fürsəti kimi baxır. Və bu ilə bunun bu düşərkədə bunun uğrunda mübarizə gedəcək”.



KXCP sədrinin müavini Xəzər Teyyublu isə bildirib ki, ölkədə keçiriləcək prezident seçkilərində siyasi müxalifət namizədlərlə iştirakı təqdirəlayiq olardı: "Namizədlər üçün bərabər şəraitin və seçki məsələsində eyni təbliğat və seçki komissiyalarında müxalif üzvlərin olmasına şərait yaradılarsa , onda rəqabət ola bilər.Təəssüfki seçki birtərəfli qaydada aparılır və hakimiyyət bütün inzibati resurslarından istifadə edərək seçki komissiyalarında müxalif nümayəndələri buraxmır.süni əngəllər törədilir.Buna baxmayaraq Vahid namizəd məsələsi uğurlu variantdır.gərək birinci növbədə seçki mühiti hamı üçün bərabər yaradılmalidir və iqtidar bu işdə daha məsuliyyətlidir”.



AĞ Partiya sədri Tural Abbaslı deyib ki, Azərbaycanda keçiriləcək prezident seçkilərinə 7 aydan bir az çox vaxt qalmasına baxmayaraq vahid namizəd müzakirələrin şahidi olmayıb: "Əslində belə bir müzakirələrin varlığına da inanmıram. Çünki, biz AĞ partiya olaraq demək olar ki, bütün digər müxalif partiyalarla übsiyyətdəyik, əgər belə nir hərəkətlənmə olsaydı məlumatımız olardı. Həm hələ bir çox partiya və lidrrlər hələ hrç seçkilərdə iştirak edib etməyəcəkləri barədə qərar belə verməyiblər. Ümumiyyətlə mən fərqli strategiya dedikdə vahid namizəd anlayışını nəzərdə tutmuram. Çünki bu illərdir seçkilər öncəsi ortaya atılan, uzun müddət müzakirə və diskussiya predmeti olan və nəticədə heç bir fayda verməyən strategiyadır. Əgər diqqət etsək görərik ki, müxalifət demək olar bütün seçkilərə bu və ya digər formada vahid namizədlə gedib. Ancaq nəticə 25 illik uğursuzluq olub. Məncə müxalifət olaraq bizlər prossesə yanaşmamızı dəyişməliyik. Problemin vahid namizəddə deyil xalqın bizlərə və siyasi sistemə olan inamsızlığında olduğunu anlamalıyıq. Biz qəbul etsək ki, xalq iqtidarı dəstəkləmir, ancaq müxalifətə də inanmır bundan irəli gələn addımlar ataraq birbaşa xalqla işləyərik. Bizim müxalif sektorda bu gün qəribə bir tendensiya yaranıb partiyalar daha çox Avropa və Amerikaya dəyişiklik ümidləriylə baxır və onlarla işləməyə can atır nəinki öz xalqıyla. Bax bu yanaşma dəyişməlidir. Xalqın inamını geri qaytarmaq lazımdır. Mən sizə əminliklə deyirəm kim xalqın inamını qazansa o da qalib olacaq və belə bir qalibiyyətin qarşısında hrç kim dayana bilmıyəcək. Bunun gözəl nümunəsini biz qardaş Türkiyədə görürük. Öyrənmək və dəyişmək heç zaman gec deyil.


Ədil