adalet.az header logo
  • Bakı 6°C
19 Yanvar 2018 12:54
21344
MƏDƏNİYYƏT
A- A+

Həkimlər Fuad Poladova bəzi qadağalar qoyub

Azərbaycanın xalq artisti, tanınmış aktyor Fuad Poladov hazırda ev şəraitində müalicəsini davam etdirir.

Adalet.az xəbər verir ki, bu barədə Modern.az-a danışan aktyor əvvəlki halına nisbətən özünü yaxşı hiss etdiyini deyib:

"Müalicəm gedir, dərmanlarımı qəbul edirəm. Əvvəlki günlərimə baxanda nisbətən yaxşıyam”.


F.Poladov səhhətiylə bağlı həkimlərin bəzi qadağaları olduğunu deyib:

"Səsimə görə çox danışmağa icazə vermirlər. Mən da bacardığım qədər bu məsləhətlərə riayət edirəm”.


Aktyor dostlarının, həmakrlarını tez-tez onunla maraqlandıqlarıı vurğulayıb.

Qeyd edək ki, qırtlaq xərçəngindən əziyyət çəkən aktyor yeni mövsümdən etibarən səhnəyə çıxmır.