adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Yanvar 2018 12:01
12849
MƏMLƏKƏT
A- A+

Azərbaycan işlənmiş təkərlərə idxal rüsumunu 3 dəfə artırıb

Azərbaycan bu ildənişlənmiş avtomobil təkərlərinin idxalı üzrə gömrük rüsumunu3 ABŞ dollarından 10 dollara qaldırıb."Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasındaDövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Səfər Mehdiyev deyib.

"Ümumilikdə, 500-dən çox gömrük tarifləri dəyişdirilib, rüsumların 57%-i dəyişməyib. Dəyişən tariflərin yalnız 7%-i artırılıb", - deyə S.Mehdiyev əlavə edib.

DGK rəsmisi işlənmiş təkərlərə tətbiq edilən rüsumun artırılmasına qarşı keçirilən etiraz aksiyasına münasibət bildirib: "Ölkəyə cəmi 3 nəfər işlənmiş təkər gətirib, lakin mitinqə 150-200 nəfər yığışmışdı. Bu, uyğun gəlmir. Biz xalqımızın gələcəyini, balalarımızı düşünürük".

DGK sədriAydın Əliyevisə şikayətçiləri dinlədiklərini qeyd edib: "Qərar noyabrın 17-də dərc edilib və qüvvəyə minib. Həmin vaxtdan 3 nəfərin adına qeydiyyatda olan 6 maşın işlənmiş təkər gətirilib. Etiraz edən 100 nəfərdən sənədlərini və özünü təqdim etmələrini istədik, onlardan cəmi 11-i sənədini təqdim etdi. Qalan 89-u qaçdı. Onlar iddia edirlər ki, 3 avroya təkər alırlar, buna görə niyə 10 dollar rüsum ödəməlidir? Biz də deyirik ki, siz 3 avroluq təkəri burda 50 manata sata bilirsizsə, deməli bu rüsumu da ödəyə bilərsiz".