adalet.az header logo
  • Bakı 12°C
19 Yanvar 2018 11:35
15830
DÜNYA
A- A+

Putin qarlı havada göldə çimdi - VİDEO

Hər il yanvarın 18-19-da Rusiyada və başqa ölkələrdə pravoslav xristianlar İsa Peyğəmbərin İordan çayında çimməsi münasibətilə keçirilən dini ayini icra edirlər.

Adalet.az "Ria Novosti”yə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin də dini mərasimə qatılıb.

Putin Sankt-Peteburq və Leninqrad vilayətinə işgüzar səfərinin yekununda Tver vilayətinə gedib və orada Nilo-Stolobenskaya kilsəsini ziyarət edib.

Xaç suyuna salma mərasiminə qatılan dövlət başçısı daha sonra Seliqer gölündə çimib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Putin Xaç suyuna salma bayramı münasibətilə liturgiyada olub.





İlkin Nəcəfzadə