Sonuncu köç…

7027 | 2018-01-19 11:08

Nahid Hacızadənin ruhunaehtiramla

Sözümüzün işığı biraz sozaldı… Ədəbiyyatımızın,eləcə də mənəviyyatımızın uzun yollarında çoxlu işıq dirəkləri var ki, o da həminişıq dirəklərindən biri idi. Köhnə kişilərdən idi. Sözü kindən, nifrətdənqoruyan, sözün ucalığını, müqəddəsliyini qeyrətlə hifz edən qələm sahibi idiNahid Hacızadə. Köhnə nəslin sonuncu mogikanlarından idi. Böyük Vətən Müharibəsininodundan-alovundan keçmişdi. O, XX əsrin az qala, bütün dahiləriylə canlı ünsiyyətdəolmuşdu, televiziyamızın qızıl dövrü həm də onun adıyla bağlıdır. Onun qələməaldığı xatirələr bizim mənəviyyat tariximizin səhifələridir və nə yaxşı ki,Nahid müəllim o anıları qələmə aldı. O, Demokratik Cümhuriyyətimizlə bağlı"Yaşa, ey haqq” adlı roman da yazmışdı, böyük türk şairi Nazim Hikmətin həyatındanbəhs edən sənədli povesti var ki, o əsərdə Nazimin həyatının bizə məlum olmayanməqamları yer alır.

Türk yazarıCan Dündar Nazim Hikmət haqqında çəkdiyi sənədli filmdə Nahid Hacızadəni dədanışdırıb. Nahid müəllim həmin filmdə Nazimin Bakı görüşləriylə bağlı son dərəcəmaraqlı faktlar açıqlayır.

Mənim Nahidmüəllimlə tanışlığım 90-cı illərin ortalarına təsadüf edir. Akademik Milli DramTeatrının təmirə dayandığı dövr idi. Teatrın tamaşaları S. Vurğun adına RusDram Teatrında nümayiş olunurdu. Nahid müəllimin "Qisas qiyamətəqalmaz” pyesinin premyerasında iştirak edib tamaşa haqqında qəzetlərdən birinəresenziya yazdım. Pyes Qarabağ savaşından bəhs edirdi və mən o vaxta qədər heçbir teatr tamaşası haqqında bircə yazı belə yazmamışdım. Təcrübəsiz vaxlarımidi, yazılarım mətbuatda yenicə çap olunmağa başlayırdı. Heç resenziyanın tələblərindəndə xəbərim yox idi. Sadəcə, təəssüratlarımı yazmışdım. Yazı çap olunandanbir-iki gün sonra redaksiyadan dedilər ki, Nahid Hacızadə səni axtarır. Mərhumtelejurnalist Telman Qafarovun şöbəsində çalışırdım, həyəcanımı hiss edibgülümsədi, "Nahid müəllim çox ciddi, tələbkar adamdır, sənin yazını bəyənməsəydi,heç vaxt redaksiyaya zəng vurmazdı” deyə məni arxayın elədi. Göstərilən nömrəyəzəng vurdum. Aramızda belə bir dialoq oldu:

-Nahid müəllim,pyesiniz haqqında yazı yazan jurnalist mənəm. Dedilər məni axtarmısınız.

-Həə, igid.Yazın xoşuma gəldi. Sənin neçə yaşın var?

-İyirmi.

-Söz duyumunyaxşıdı. Tamaşanın mahiyyətini anlaya bilmisən. Sənə təşəkkür edirəm. Çox sağol! Nə çətinliyin olsa, mənə müraciət edə bilərsən.

Nahid müəllimhələ üzünü belə görmədiyi jurnalistə özünün ev və iş nömrələrini vermişdi. İlkdəfəydi ki, ustad qələm sahibindən bu cür münasibət görürdüm və açığı, bumünasibətə heç hazır deyildim. Dilim dolaşdı, ona necə təşəkkür etdiyimi dəbilmədim. Nahid müəllimin böyüklüyünü ilk dəfə onda gördüm. Sonralar mən "Ədalət”qəzetində çalışanda o da bizim redaksiyadan bir mərtəbə aşağıda otururdu. Buağırtaxtalı kişiylə tez-tez dəhlizlərdə, yeməkxanada rastlaşırdıq, ehtiramlasalam verirdim, gülümsəyib başıyla salamımı alırdı. Bir dəfə rus yazıçısıAndrey Platonovun "Sərçənin səyahəti” hekayəsi mənim tərcüməmdə ədəbi qəzetlərdənbirində dərc olunmuşdu. Nəşriyyatın birinci mərtəbəsində qarşılaşdıq, dedi ki,Platonovu tərcümə etmək çox çətin işdir, sən onu bizim dildə danışdıra bilmisən.Oxudum və bəyəndim. Belə də davam et. Nahid Hacızadə kimi sözə aşırı həssaslıqgöstərən qələm adamından bu sözləri eşitmək o qədər də asan deyildi. Onda daçox sevinmişdim.

Günlərin birgünü "Azərbaycan” jurnalının məsul katibi Tofiq Mahmudovun masasının üstündəNahid müəllimin "Yada düşdü” adlı xatirələr kitabını gördüm. 650 səhifəlik bukitabı gözümlə yeyirdim. Tofiq müəllim niyyətimi duyub "incimə, kitabı verəbilməyəcəm, yaxşısı budur, özündən istə” dedi. Nahar fasilələrindən birindəyaxınlaşıb kitabını təbrik etdim və ondan bir kitab istədim. Hər adama kitabvermirəm, amma sənə verərəm, - dedi, - bir azdan qalx otağıma.

İndi buyazını işləyərkən kitab rəfindən həmin kitabı götürüb baxdım. Nahid müəllim beləbir avtoqraf yazmışdı: "Gözəl şairimiz Kənan Hacıya! Sənə qəlbincə həyat və sənətsevincləri arzulayıram”. 6. 03.2009.

Nahid müəllimləsıx ünsiyyətimiz yaranmışdı və çox vaxt nahar zamanı bir masa arxasındaotururduq. O masanın ətrafında həmişə ədəbiyyat adamları olardı. Aqil Abbas,Əbülfət Mədətoğlu, Firuz Mustafa, Ağacəfər Həsənli, Vəli Xramçaylı, OqtayRza... Asta, ləngərli danışıq tərzi vardı, söhbətlərində bir ağayanlıq vardı,ziyalı mədəniyyəti vardı. Onun zarafatlarında da məna yükü vardı, buölçülü-biçili danışıq tərzi mənsub olduğu ziyalı nəslinə xas olan xüsusiyyətlərdənidi. Bu günün qələm adamlarında bu çəki, sambal çatışmır. Bir dəfə o vaxt "Mədəniyyət”qəzetinin baş redaktoru işləyən yazıçı Nemət Veysəllidən xahiş etmişdi ki, məniişə götürsün, haqqımda o qədər xoş sözlər dedi ki, məni tər basdı. Dedi ki, bucavan oğlanın yazı mədəniyyəti indiki gənclərin çoxunda yoxdur. İş məsələsialınmasa da Nemət müəlllim qəzetə qonorar müqabilində yazılar yazmağımıtapşırdı. Bir müddət yaxşı qonorar aldım və bu qonorar yeni iş tapana qədərkarıma yetdi. Onun tövsiyyəsi ilə yazıçı-dramatuq Firuz Mustafanın başredaktorluğu ilə çıxan "Tac” ədəbi-bədii, publisistik qəzetinə də yazılaryazdım. Nahid müəllimin xeyirxahlığını minnətdarlıq hissiylə xatırlayıram.

Ən yaxındostları Əlibala Hacızadə və İlyas Tapdıq da fani dünyadan köçünü çəkib gedəndəno, tək qalmışdı. Sonuncu dəfə Firuz Mustafadan Nahid müəllimi soruşdum. Yeriyəbilmir, dedi. Söhrab Tahirin ayağını kəsəndə yazmışdım ki, sözün ayağını kəsməkolmur. Nahid müəllimin əvvəlcə ayaqları tutuldu, sonra da o məşum son... Onungedişi həm də bütöv bir epoxanın tamamlanması, yekunudur. Nahid Hacızadə oziyalılardan idi ki, onların yaşam tərzi, həyat qaydaları, münasibətlər sistemiqloballaşan dünyanın təzyiqinə davam gətirmir. Çox təəssüf...

Ruhun şadolsun, böyük insan! Səni həmişə xoş hislərlə xatırlayacağıq.


TƏQVİM / ARXİV