Nicat Novruzoğlu: KÖLGƏLİ KÖŞƏ

NİCAT NOVRUZOĞLU
58387 | 2018-01-18 18:32

İndi elə bir məqamdırki, yazı yazmaq bir tərəfdən baxanda çətinləşib, digər tərəfdən baxanda"asanlaşıb". Bu məqamı baş dilçilər yaradıb. Dilimizi, sözümüzü özləridə bilmədikləri, bəlkə də bildikləri hansısa tərəfə dartıb aparırlar. Bu yoldaçətinləşən odur ki, bütün ömrün boyu bildiyin, yazdığın sözlərin hərflərində dəyişiklikləredilib. İndi gərək ki, hər söz yazanda diqqət edəsən ki, bu sözdə hansı hərfiyazasan, yazmayasan, ya da ki, əvəzləyəsən. Birdən bir səhv etdinsə vay halına.Asanlaşma ondan ibarətdir ki, elə sözlər var qısalıb. Sözün içindəki qoşa hərflərdənbiri sözün kölgəsindən silinib. Bu baxımdan bir yazıda xeyli hərfi yığıb növbətiyazıya saxlamaq olar.

Müxtəsər,yazılarımda sözüm dilçilərin məqbul saydıqları sözlə üst-üstə düşməsə bağışlayınməni.

Dilçilər özişində, biz də öz işimizdə deyib sözün kölgəsindən keçirəm öz kölgəmizə. O kölgəyəki, yarandığımız gündən hər birimizi izləyir. Və bu kölgələr kifayət qədər fərqlidir.Elə insan var ki, onun kölgəsindən hər kəs qaçır. Elə insan var ki, hətta özü dəöz kölgəsindən qorxur. Elə insanlar var ki, kölgəsi kölgələr sığınacağıdır.Baxmayaraq ki, bu kölgədə insanların kölgəsi itir, amma yenə də bura üztuturlar.

Torpaqdan birmillimetr nə hündürdürsə onun kölgəsi var. Təkcə torpağın kölgəsi yoxdur.Baxmayaraq ki, torpaq həmişə bizə kölgəsində yer verib. Görünməyən bu kölgəninbir maraqlı tərəfi də var ki, ora bizim də kölgəmiz düşür. Torpağın kölgəsindəkölgəmiz itmir. Qalan kölgələr kölgəsində digərinin kölgəsini itirir. Məsələn,özünü odlar yurdunun qızmar yay günlərində günəşin şəfəqindən qorumaq üçün birağacın kölgəsinə verirsən ki bir az hərarətin sabitləşsin. Baxırsan ki, kölgənitib. Qarışıb ağacın kölgəsinə yox olub.

Cansızların dakölgəsi var. Götürək elə ətrafımızdakı binaların kölgəsini. Elə binanın kölgəsivar ki, ora sığınırsan elm, bilik, mənəviyyat qazanırsan. Elə bina da var ki,onun kölgəsinə girdinsə bir də baxırsan ömür qurtarır sən hələ də qandaldasan.Elə bina da var ki, onu ucaltdıqca, kölgəsini böyütdükcə sənin də kölgənböyüyür. Varlanırsan, oliqarxlaşırsan. Amma yenə də kölgən itib batırucaltdığın binanın kölgəsində.

Bir də var gözünkölgəli olması. Onun-bunun yanında düzgün hərəkət etməyəndə, başqasının haqqınagirəndə olursan gözü kölgəli.

Bu gün aramızdagözü kölgəlilər günü-gündən çoxalır. Və kölgələyə-kölgələyə də gedirlər. Və bugözü kölgəlik də ona gətirib çıxardır ki, biri digərinin qanunsuz hərəkətinigörəndə deyə bilmir, hay-həşir sala bilmir. Çünki özünün də gözü kölgəlidir.Belə məqamın da öz adı var: kölgələmək. Bunu gözü kölgəlilər yaxşı bilərlər.Çünki bu, gözü kölgələnənlərə aiddir. Və məhz gözü kölgəlilər nəyi görürlərsə,hansı bir qanunsuzluğun şahidi olurlarsa çalışırlar ki, kölgələsinlər. Niyəsiniyuxarıda qeyd etdim. Kölgə kölgəni itirir. Gərək kölgələyəsən ki, kölgən qala.

Çalışın gözükölgəli olmayın. Kölgəli olmayın ki, kölgələmiyəsiniz.


TƏQVİM / ARXİV