adalet.az header logo
  • Bakı 7°C
18 Yanvar 2018 17:43
18981
MARAQLI
A- A+

Jirinovski Trampı Rusiyaya dəvət etdi və rus pəhrizi təklif etdi

Rusiya Liberal-Demokrat Partiyasının sədri, prezidentliyə namizəd Vladimir Jirinovski ABŞ prezidenti Donald Trampı Rusiyaya, antixolesterin pəhrizinə oturmağa dəvət edib.

Trend-in məlumatına görə, siyasətçi bu barədə Moskvada jurnalistlərə deyib.

V.Jirinovski qeyd edib ki, D.Tramp orqanizmində xolesterinin səviyyəsini azaltmaq istəyirsə, rus pəhrizinə başlaya bilər

O deyib: "Mən o gün baxdım, Trampla mənim göstəricilərimiz eynidir. O, xolesterinə qarşı dərman qəbul edir, məndə də eyni problemdir. Əgər o, bura gəlmək istəsə, ona elə rus pəhrizi məsləhət görərik ki, xolesterinin səviyyəsini azaldar”.