adalet.az header logo
  • Bakı 7°C
18 Yanvar 2018 17:23
12513
ƏDƏBİYYAT
A- A+

Sürgün olunmuş Türk yazarlar















1. Bəlkə də ən çox sürgünə məruz qalan türk yazarı Namık Kemaldır. 

İlk dəfə Geliboluya sürgün olunan Namık Kemla, ardınca Magusa, Midilli, Rodos və Sakız adasına sürgün olunub, ömrünün böyük hissəsini sürgündə keçirib. "Vatan yahut Silistre”, "Akif bey”, "Gülnihal”, "Nevruz bey”, "Zavallı Çoçuk”, "Tarih-i-Ata”, "İrfan paşaya mektup”, "Rüya” və bu kimi başqa bir çox əsərlərini sürgündə qələmə alıb.














2. Haqsızlığa məruz qaldığını düşünən bir vətənpərvər – Mehmet Akif Ersoy

"Daima dövlət orqanları tərəfindən izlənilirdim. Mənə vətənini satmış və xain adam kimi davranmaqlarına dözə bilmirəm” deyə qələmə aldığı bir yazısında nə qədər incik olduğunu diqqətə çəkən Mehmet Akif Ersoy Misirdə 11 il səfil həyatı yaşadı. 63 yaşında, ölümünə az qalmış İstanbula qayıtmağa qərar verən Mehmet Akif Çanaqqaladan keçdiyi vaxt İstanbulun məscidlərini görüb ağlamağa başlayıb.







3. Həm öz ölkəsində, həm də qürbətdə sürügn həyatı yaşayan – Refiok Halit Karay

Refik Halit Karay yazılarına görə, həm öz vətənində, həm də qürbətdə, Çorum, Ankara, Bilecik, Hələb və Beyrut kimi yerlərə sürgün olunub. Sürgündə keçən vaxtlarında "Memleket hikayeleri” adı əsərini qələmə alıb. Əsərdən bir parça:

1923-cü il, deyəsən, Aprel ayı, 35 yaşıma yeni qədəm qoymuşdum. Lübnanda Beyruta yaxın Cünye qəsəbəsində pəncərəsi dənizə açılan bir evdəyəm. Lübnan sahillərində Aprel, İstanbulun İyuluna bənzəyən, uşaqlığımdan bəri adət etdiyim kimi sabah tezdən oyanıb yuyundum, qəhvə dəmləyib içdim, öz adətlərimizə uyğun çörəyimi zeytun yağına hoplandırıb qəlyanaltımı etdim, baxçaya çıxdım. Yasəmənlər, Nərgizgülülər su üzü görməyib, duruşlarından bəllidir. Bəs, vaxtı necə öldürmək olar?



4. Ahmet Mithat Efendi

O, öz dövründə Qərbin materialist fəlsəfəsaini mənimsəyərək, zaman-zaman öz düşüncələrini inkişaf etdirərək, bununla əlaqəli yazılarını özünün "Dağarcıq” dərgisində çap etdirmişdi. Bu dərgidəki "Duvardan bir sada”adlı yazısında ölümdən sonrakı həyat, maddi varlıqla ruhun əlaqəsi haqqında mülahizləri müsəlmanlar tərəfindən sərt reaksiya görmüşdü. Müsəlmanlar onu müsəlmanları söyüb deyə günahlandırmışdılar. Bu səbəbdən, Ahmet Mithat Efendi, Rodos adasına sürgün edilmişdi.




5. Ziya Gökalp

1896-da Ərzincan hərbi liseyində tələbə olan Ziya qardaşı Nihatın vasitəsilə İstanbula gəlir. Orada ödənişsiz Baytar məktəbinə üzv olur. Burada oxuduğu vaxtlarda əlinə ölkənin azadlıq hərəkatına qoşulmuş insanlarla tanışlıq fürsəti düşən Ziya, hətta İbrahim Temo və İshaq Süküt kimi o dövrün tanınmış adamları ilə görüşüb. "İttihad və tərəqqi” cəmiyyətinə qoşulduqdan sonra "Qadağa olunmuş yazıları oxumaq və müxalif dərnəklərə üzv olmaq” səbəbilə 1898-ci ildə tutulub. Bir il həbsxanada qaldıqdan sonra isə 1900-cü ildə Diyarbəkirə sürgün olunub.














Tərcümə etdi: Emin AKİF