adalet.az header logo
  • Bakı 7°C
18 Yanvar 2018 16:19
12341
SİYASƏT
A- A+

Azərbaycan-Pakistan işçi qrupunun protokolu imzalanıb

Yanvarın 18-də Bakıda Azərbaycan Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupu səviyyəli 8-ci görüşü başa çatıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2018-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

Görüşün nəticələrinə əsasən protokol imzalanıb.