adalet.az header logo
  • Bakı 6°C
18 Yanvar 2018 15:27
14683
SİYASƏT
A- A+

Deputat Rüfət Quliyev seçicilərin qəbulunu keçirdi

73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat, professor Rufət Quliyev yanvar ayının 18-də Lənkərandakı "Deputat otağında” 23 nəfər seçicini qəbul edib. 2018-ci ilin ilk qəbulunu açan Rüfət Quliyev seçiciləri salamlayıb, Yeni il münasibətilə təbrik etdikdən sonra 2017-ci ildə Azərbaycanda siyasi və iqtisadi stabillik şəraitində möhtərəm Prezidentimiz cənab İlham Əliyev rəhbərliyi altında hər sahədə baş verən uğurlar barədə ətraflı məlumat verib. 

2017-ci ildə Lənkəran rayonu üçün də uğurlu olub. İl ərzində rayon iqtisadiyyatı dinamik inkişaf edib, rayon ərazisində böyük quruculuq tikinti və abadlıq işləri həyata keçirilib. Rayonda çayçılıq çəltikçilik, sitrus meyvələrinin istehsali əhəmiyyətli dərəcədə artıb. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşovun təşəbbusu ilə keçirilən "Çay çəltik və sitrus festifalı” rayonda yeni bir ənənənin əsasını qoyub və heç şübhə yoxdur ki, bu sahənin inkişafı üçün stimulla çeviriləcək. Rüfət Quliyev bildirib ki, 2017-ci ildə Azərbaycanda həyata keçirilən lahiyələr sonrakı işlərin uğurlu olması üçün möhkəm zəmin yaradıb. Sonra deputat 2017-ci ildəki fəaliyyəti barədə qəbul iştirakçılarını məlumatlandırıb. 

Qəbul iştirakçılarından Hacı Mərafət Musayev, Rəna İsmayılova, Nahid Şükürlü, Mahmud Məmmədov çıxış edərək ölkə Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə öz minnətdarlıqlarını bildiriblər və qeyd ediblər ki, onların səyləri nəticəsində ölkədə hər sahədə stabillik hökm sürür, inkişaf gedir. Belə şəraitin nəticəsidir ki, deputatlar da uğurla işləyirlər. Sonra qəbula gələnlər öz xahişlərini bildiriblər. Onların xahişləri arasında əsasən işlə təmin olunmaq, mənzil tikintisinə köməklik göstərilməsi, ünvanlı sosial yardımla bağlı məsələlər olub. Seçicilərin bir çox problemləri yerindəcə həll olunub və həlli müvafiq qurumlardan asılı olanlar isə nəzarətə götürülüb. Deputat qəbul iştirakçılarının çoxsaylı suallarını da cavablandırıb və sonra seçicilərini əmin edib ki, bundan sonra onlarla sıx təmasda olacaq və möhtərəm Prenzidentimiz İlham Əliyevin qarşıya qoyduğu möhtəşəm vəzifələrin reallaşmasına bir deputat kimi öz töhfəsini verəcək .