Sevdiyim yeganə müəllimə

EMİNQUEY AKİF
78612 | 2018-10-05 11:50

Orta məktəbdə oxuyurdum. Sinifimiz çox soyuqolurdu, divarları da rütubətdən çox xəcalətdən qaralmışdı pəncərələrisınıq-salxaq, şüşəsi olmayan eynək kimi. Üstəgəl, hər gün bir uşaqla dava-dalaş. Kasıb-kusublarınuşaqları daha çox küçədə böyüyür. Bəlli ki, uşaqlar valideynlərindən çox zəmanələrinəbənzəyirlər. Məsələ məlum. Hər gün küçə görən kasıb balalarla, küçə boyda həyətiolan balaların fərqi böyükdür. Sonuncu dəfə qaşıma tikiş qoyulandan sonra atamməni məktəbdən çıxarmağa qərar verdi. Açığı elə çətin idi ki, yeddi il birlikdəoxuduğum, böyüdüyüm uşaqlardan ayrılmaq. İmtahanla liseyə qəbul olundum. Dəcəlolsam da qiymətlərim beş idi. Yeni sinifimdə orta təbəqəylə yanaşı, imkanlı ailələrinuşaqları da oxuyurdu. Özü də "A" sinfi idik, səhər növbəsi. Liseyə dəillik ödəniş olunurdu. Atam deyirdi ki, mən çox kasıb ailədə böyümüşəm, özü də7 qardaş bir bacı. Biri asqıranda, biri öskürürdü. Yaşımız yetişəndə hərəmizbir yana çıxdıq getdik. Birimiz oxumağa, birimiz işləməyə. Çox çətinliklərgörmüşəm deyə sənə bu əziyyətləri yaşatmaram. İsti sinif otağı, mədəni aiələlərinuşaqları ilə bir yerdə oxuyacaqsan. Bir müddət ayaq uydura bilirdim buuşaqlara. Atamın imkanı yaxşı idi, baxmayaraq ki, evimiz villa deyildi.Geyimim, cib xərcliyim yerli-yerində, pullu məktəb abtobusuyla evdən dərsə, dərsdənevə, bayram yığıncaqlarından geri qalmırdım.

Zaman keçdi, ölkəyə "böhran” müəllim təşrifbuyurdu. Hə, hələhər şey təzə başlayırdı. Artıq pullu avtobus xidmətindən imtina etməli olduq.Bir müddət atam aparıb gətirsə də, sonra artıq avtobusdan, metrodan istifadəni öyrəndim.Artıq cib xərcliyim azalırdı. Əvvəl yanımdakı üç-dörd nəfəri bufetdə qonaq eləyirdimsə,indi özüm hamıdan ya əvvəl, ya sonra bufetə düşüb yeməyimi yeyirdim. Elə olurduki, evdən də yemək aparırdım. Bir paltarı 3-4 ay geyinirdim. Bir jiletim varidi, qara, qırmızı xətli. Arada uşaqlar söz də vururdular ki, bu jileti dəyişməkfikrinə düşsən əla olar. Bayramlarda iş daha da çətinləşirdi. Bəhanə gəlirdimki, guya ailəmlə rayona gedib qeyd eləyəcəyik, sizinlə restorana gələ bilmərəm.Bir növ özümü aktyor kimi hiss edirdim. Amma onu deyim ki, rolumun öhdəsindən əlada gəlirdim.

Bunlarbir qırağa qalsın. Artıq səkkizinci sinifdə siqaret çəkməyə də başlamışdım. Özüməbirlikdə fırlandığım dost da qazanmışdım. Tənəffüslərdə yeməkdən əlavə, bufetə sırf qəşəng qızlara baxmaq üçündüşürdüm. Ən yaxın sinifyoldaşımla qızların yerişini, oturuşunu, baxışınıanaliz edirdik. "Bu adamı çərlədər, bu adamı yandırar, bu adamı türməyəyollayar” deyə. Sözümüz tilov ucundakı qurd kimi kimisini aldadardı, kimisiniyox. Özümüz də qurd kimi oğlan idik. Yeni informatika müəlliməsi gəlmişdi.Cavan idi, cazibədar idi. Açığı onunla ilk dəfə baxışdığımız vaxtdan aramızdagizli münasibət yaranmışdı. Adı başqa nəsə idi, amma sevgi deyildi. Heç də yerəbaxandeyildi ha. Birdən günahı məndə görərsiniz. Dərslərin birində kompüterdədostuma qəşəng bir qız şəkli göstərib odlu-alovlu danışırdım. Yetkinlikvaxtımızdı, qanımızın qaynayan vaxtıdı. Qəfil mesaj gəldi:

- Çox qəşəngdiqız? Ağzının suyu axır, ay tryapka?

Diksindim.Necə oldu ki, yenicə gələn müəllimə ilə münasibətlər "tryapka” sözünə kimi gəlibçıxdı? O, otağın başında bütün kompüterlərə nəzarət etmək üçün oturan həmin bumüəllim idi. Ən zəhləm gedən sözdür tryapka. Dostum da bu mesajı görübaltdan-altdan gülürdü, biraz da pərt oldum. Ayağa qalxdım, kompüter masasınınyanındakı uzatma kabeli olan elektrik yuvasını götürüb var gücümlə onatulladım. Hədəfdən yayınmadı, düz başının ortasına! Qızın səsi ilə sinifdəkihay-küy bir-birinə qarışdı. Məni qolumdan tutub dəhlizə çıxartdılar. Heç iki dəqiqəkeçməmiş direktorun müavini bir yandan, başqa müəllimlər bir yandan tökülüşdülərsinif otağına, sonra da mənim yanıma.

- AyEmin, sənin o qızla nə işin var? Cavan müəllimədir, yenicə işə başlayıb. Müəlliməqarşı belə hərəkət edərlər?

Vəziyyətinnə yerdə olduğunu müəllimlərə güc-bəlayla başa saldım. Açığı özüm də mat-məəttəlqalmışdım ki, nə əcəb, daha heçnə demədilər. Direktorun otağına aparmadılar. Töhmətvermədilər. Sonra qızın anası gəldi. Ab-hava yenidən gərginləşdi. Özümü o qədərhaqlı bilirdim ki, heç vecimə də deyildi. "Səni polisə verəcəm, qız yiyəsizdeyil, qardaşı var, atası var, mən varam” deyən anasına "çağır, çağır qardaşı gəlsin,gəlsin başa salım ki, bacısı necə dingil, həyasız adamdı” deyə cavab verdim.İdmana gedən vaxtlarım idi. Fikirləşirdim ki, uzaq başı bir-iki yumruq yeyərəm,amma döyəcəm. Üstəlik də mənim nə günahım var idi axı. Biraz keçdi, ara sakitləşdi.Sən demə, başını şişirtdiyim bu cavan müəllim anasına yalvar-yaxar edib ki, evdəkilərəheçnə demə. Səhv məndədir.

O hadisəmənim ilk qələbə çaldığım davam idi, özü də müəllimə qalib gəldiyim savaş.Çünki həmişə kiminləsə davam düşmüşdüsə zəng vurub atamı çağırmışdılar. Atam daelə hamının yanında məni ən sərt sözlərlə pərt eləmişdi. Bu dəfə nə atam gəldi,nə də xəbər direktora çatdı. Görünür, müəllimlər də o qızın dingil olduğunubaşa düşmüşdülər.

Sonra Azərbaycandili və Ədəbiyyat müəllimimiz dəyişildi. 24-25 yaşlarında cavan bir müəllimə gəldi.Gözləri buğda, dərisi buğdayı, saçı əsmər. Dodaqlarından süzülən hərflərin ruhubelə incimirdi. O biri müəllimlər kimi dişinin dibində danışmırdı, dodağınınaltında deyinmirdi. Buğda yeyib, cənnətə düşmüşdük. Sevmək üçün də, sevişməküçün də ideal qadın idi. Mənim üçün müəllimlərin müqəddəsliyi biraz da onu sevməyəbaşlayandan sonra itdi..

Bir müddətdənsonra müəlliməmə qarşı ilk sevgi hissi baş qaldırdı içimdə. Əməlli-başlı aşiqolmuşdum. Hər tənəffüsdə bufetə düşüb qəşəng qız axataran mən, əlim-qolumsoyumuşdu. Birtəhər internetdə onun şəxsi hesabından bir şəklini yükləmişdim. Dərsdənevə gedəndə şəkilə baxa-baxa ağladığım az olmayıb.

Yetkinlikdövrü bütün oğlan uşaqları kimi mən də eybəcərləşməyə başlamışdım. İyrənc görünənalaqotur bığ, yoğunlaşan, kal səs. İlk dəfə sinifimizdə mənim dostum üzünüqırxmışdı. Həvəsə düşüb evdə min hoqqadan çıxıb atamı razı saldım ki, mən dəbığımı qırxacam. Razılığı aldım, bığımı qırxdım. O eybəcər tük yığınındancanımı qurtardım. Ki, sevdiyim müəllimin gözünə yaxşı görsənim.

Elə olduki, bir gün başqasının güdazına getdim. Dərs vaxtı səs salan uşaqlardan biri"müəllim, Eminə deyin də, məni yazmağa qoymur” deyə müəllimə şikayətləndi. O, məniayağa qaldırıb sinifdən çıxartdı. Hə, elə hər şey bundan sonra başladı.

İçimdənifrətlə sevgi bir-birinə qarışmışdı. Ondan sonra dərslərində aləmi bir-birinəvurmağa başlamışdım. Gah kimisə dümsükləyirdim, gah o dərsi izah eləyən vaxtyerdən replikalar atıb uşaqları güldürürdüm. Amma niyyətim pis deyildi. İstəyirdimki, gəlib qulağımı bursun. İstəyirdim ki, qolumdan tutub sinifdən çıxartsın. Təkimənə toxunsun. Niyyətimə də çatırdım.Hər dəfə o mənə toxunanda xəyalən əllərindən öpürdüm. O danışanda özüm üçün birdünya yaradırdım. İçində ikimiz olan dünya. Guya evlənirik, uşaqlarımız olur. Axımən birinci dəfə idi ki, yetkin bir qadına vurulmuşdum. Hər dəfə də dikatılırdım. Yaş fərqimiz xəyallarımı suda batırırdı. Su kimi saf idi xəyallarım.Xəyallarımda sinif otağında az sevişməmişdim onunla.

Gördümki, getdikcə sinifdən çıxarılmaq da mənə maraqsız gəlir. Onu arxasınca baxankişi müəllimlərinə də, dərsdə daha çox diqqət göstərdiyi uşaqlara daqısqanıram. Başladım ondan küsməyə. Dərsə cavab vermək üçün çağıranda susmağabaşladım. Bir xeyli belə davam elədim. Elə olurdu ki, jurnala qiymət əvəzi nötədə qoyurdu, yalançı üç də yazırdı. Amma inadkar idim, danışmayacaqdım. İş o yerəçatdı ki, tənəffüsə çıxan vaxt qolumdan tutub saxladı. Dəhlizdə qolumuburaxmayıb başladı danışmağa.

- Mən sənəneyləmişəm axı? Sən niyə belə edirsən? Artıq sənə yalançı qiymət də yaza bilmirəm,istəmirəm də iki yazım, sonra sənin üçün problem yaransın.

Susurdum...

- Birbilsəydim ki, səbəb nədir...

Susdum,o yorulana kimi danışmadım.

İkinci dərsə,yəni ədəbiyyat dərsinə girdik. Qollarımı partanın, başımı qollarımın üstünəqoyub özümü dərsdən xaric elədim. Amma içimdə hirsimdən partlayırdım. O, artıqyorulmuşdu. Daha mənimlə maraqlanmırdı.

Zəngvuruldu... Qızlardan biri yaxınlaşıb mənə bükülmüş ağ vərəqi uzadıb dedi ki, bunuYeganə müəllimə verdi. Məktubu gizlincə açıb oxudum. Belə yazılmışdı:

"Neçəvaxtdır, narahatam. Sən mənim ən maraqlı, ən çox sevidiyim şagirdlərimdənsən.Son vaxtlar sənin dərsə laqeydliyin məni narahat edir. Bilmirəm, səninincikliyinin səbəbi nədir. Bəlkə də sənin xətrinə çox pis dəymişəm. Bilmirəm, bəlkədə mən yaxşı insan deyiləm, sənə özümü yaxşı bir insan kimi satmaq da istəmirəm.Amma biləsən ki, əzizsən. Əgər hər hansısa hərəkətimlə səni incitmişəmsə,bağışla.

Bağışlanmaqümidilə səni çox istəyən Yeganə!”

Yazılanlarıoxuduqca şagird sözünü beynimdən silirdim. Şagird sözü məni qıcıqlandırırdı. Gördümki, daha belə getməyəcək. Yavaş-yavaş dərslərdə dəcəlliymi tərgitməsəm dəsusmağı tərgitdim. Belə deyək də, bağışladım. 9-cu sinifin yay tətilinə çıxmaqistəmirdim. Yenicə barışdığım sevdiyim müəllimdən ayrılmaq çox çətin idi. Ammahələ önümüzdə iki il var idi. Hələ iki il də o bizə dərs deyəcəkdi. Bununla təsəllitapırdım.

Sonralarhər şey öz yolu ilə getsə də, yəni mənim içimdəki sevgi gizli qalmağında davameləsə də bir gün eşitdim ki, nişanlanıb, toyu olacaq. Əli-qolu bağlı idim, nəedə bilərdim ki. Yalnız öz xəyal dünyamda nəsə bacara bilərdim. Yavaş-yavaş kökəlməyə,qarnı böyüməyə başladı. Hər dəfə biraz da böyüyürdü, hər dəfə biraz da narahatolurdum. Əvvəl-əvvəl işə gəlsə də sonralar analıq məzuniyyətinə çıxdı. Onuniçindəki uşaq doğuldu, mənim içimdəki sevgi elə içimdə də öldü.

Amma hələdə onun yazdığı məktubu daxılımın ən gizli yerində, hansısa kitabın arasındasaxlayıram... Nəsə bir doğmalıq var o vərəqlə aramızda. Mənim üçün bu məktubuyazan uydurduğum yeganə qadın idi, Yeganə müəlliməm yox.


TƏQVİM / ARXİV