adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Yanvar 2018 14:42
14956
SİYASƏT
A- A+

ABŞ TÜRKİYƏNİN QABAĞINDAN GERİ VERDİ

Qardaş Türkiyənin prezidenti sayın Ərdoğanın sərt təpgisi və qətiyyətli addımı, eləcə də müxalif partiya liderlərinin bu məsələdə sayın Ərdoğanın yanında yer almaları ABŞ-ı dünənədək dediklərini yeməyə məcbur edib. İndi də deyirlər dostlar bizim dediklərimizi yanlış anlayıblar. Afrində koalisiya qüvvələri yoxdu, bizim Suriyanın Türkiyə sərhədində 30 minlik ordu yaratmaq və silahlandırmaq fikrimiz də yoxdu, nə bilim, biz yalnız İŞİD-lə mübarizə aparırıq.

Sayın Ərdoğanın NATO-nun baş katibi ilə görüşündən sonra bu təşkilatın da Türkiyənin tərəfində dayanması ABŞ-ı çıxılmaz vəziyyətə salıb.

Türkiyə MGK-da qəti qərar qəbul edib. Afrin və Minbucu PYD terrorçularından təmizləyəcək və bundan sonra da qardaş ölkədə sığınacaq tapmış 500 min suriyalı qaçqını da öz doğma yurd-yuvalarına qaytaracaq.

Sayın Ərdoğan ABŞ-a bir ismarıc da göndərib ki, qolunda PYD-nin bayrağı olan amerikan əsgərlərinə deyin ki, qollarından onları açsınlar, yoxsa onları da terrorçuların gününə salacağıq.

Tanrı Türkiyəmizi qorusun!