adalet.az header logo
  • Bakı 7°C
18 Yanvar 2018 14:30
9198
HADİSƏ
A- A+

Bərdədə müəlliməni qaçırdılar

Bərdə rayonunda müəllimə zorla qaçırılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Hacıalılı kənd məktəbinin riyaziyyat müəllimi BərdəsakiniZeynalov Tural İlham oğlu tərəfindənqaçırılıb.

Məktəbdən bildirilib ki, qaçırılan qız Goranboy rayon sakinidir, Hacıalılı məktəbinə Təhsil Nazirliyinin göndərişi ilə işləməyə gəlib.

Hadisə ilə bağlı məktəb rəhbərliyi Bərdə rayon Polis Şöbəsinə və qaçırılan qızın ailəsinə məlumat verib.

Qızın başqasına nişanlı olduğu, zorla qaçırıldığı bildirilir.

Hazırda rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.