adalet.az header logo
  • Bakı 7°C
18 Yanvar 2018 13:16
9133
GÜNDƏM
A- A+

Ermənistan qeyri-döyüş itkilərini Azərbaycanın üzərinə atmağa çalışır

"Azərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat tam yanlışdır”.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Rəsmi məlumatda qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri atəşkəs rejiminə tam riayət edir:


"Ermənistan ordusunda hökm sürən özbaşınalıq və nizam-intizamsızlıq nəticəsində baş vermiş bu hadisə erməni ictimaiyyətindən gizlədilməsi məqsədilə məhz bu formada təqdim edilir.

Bu, ilk hadisə deyil ki, Ermənistanın hərbi rəhbərliyi ordularındakı qeyri-döyüş itkilərini Azərbaycan tərəfinin üzərinə atmağa cəhd göstərir. Lakin obyektiv ballistik araşdırma aparılarsa, güllənin hansı erməni əsgərinin silahından açıldığı erməni ictimaiyyətinə tam aydın olar”.

Dünən Ermənistanın Azərbaycanla həmsərhəd olan Noyamberyan rayonunda 30 yaşlı hərbçi Adibek Mikoyan odlu silahdan açılan atəşlə yaralanıb.