adalet.az header logo
  • Bakı 19°C
18 Yanvar 2018 13:14
18224
KRİMİNAL
A- A+

Sumqayıtda 2 qadının telefonunu oğurladı, ifşa olundu

Yanvarın 17-də Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət edən şəhər sakini olan qadın yanvarın 8-də mobil telefonunun oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və oğurluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Fəxri Ellazgil olması, həmin gün qohumu olan digər bir qadına qarşı da zor tətbiq edərək mobil telefonunu alması, həmçinin onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.