Pişiyinə sarılaraq evinin yandığını izlədi... - FOTOLAR - VİDEO
Adalet.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Bolu şəhərində 83 yaşlı Əli Meşe adlı şəxs sobanı benzinlə yandırmaq istəyərkən evdə yanğın çıxıb.
Yaş odunu yandırmaq üçün benzindən istifadə etmişdi. Hadisə yerinə gələn xilasedicilər yanğının qarşısını aldılar.
Əli Meşe ilə həyat yoldaşı və 2 uşağının yaşadığı taxta ev, yanğında istifadə edilməz bir hala gəldi.
Yanğınsöndürənlər yanğını söndürməyə çalışarkən, hər şeyini itirdiyini zənn edən yaşlı kişinin üzündə bir təbəssüm göründü.
Çünki
yanğınsöndürənlər alovların içindən çox sevdiyi pişiyini xilas etmişdilər.
Alovların arasından yanğınsöndürənlər tərəfindən pişiyilə xilas edilən Əli Meşe göz yaşları içində evinin yandığını izlədi.
Günün fotosu olaraq o görüntü sonrası yaşlı kişi üçün sosial mediadan yardım çağırışları edildi.