adalet.az header logo
  • Bakı 7°C
18 Yanvar 2018 12:22
12282
MƏMLƏKƏT
A- A+

Gəlir hara gedir ?!

Pul qazanmaq çətin işdir. Amma o pulu düzgün xərcləmək də hər insanın işi deyil. Bəs paytaxt əhlinin qazancı nəyə "gedir" ?

Rəyi öyrənilmiş Bakı sakinləri bir ay ərzində pulunu aşağıdakı nisbətdə xərcləyir :

Ərzaq - 61 %
Övlad - 11 %
Geyim - 9 %
Nəqliyyat - 4 %
Kommunal ödənişlər - 3 %
İstirahət - 2 %
Danışıq balansı - 2 %
Təhsil - 2 %

Maraqlı məqam xərclərin yaş kateqoriyalarına görə fərqlənməsidir. Məsələn, pulunu əsasən ərzağa verənlər orta və yaşlı nəslin nümayəndələridir (45 və yuxarı yaş aralığı). 25-34 yaş kateqoriyasına daxil olan respondentlər pullarını daha çox övladlarına xərcləyir (26 %). Kommunal xərcləri gəlirlərinin qənimi sayanlar yaşlı nəslin nümayəndələridir (55-64 yaş aralığı). Gənclər isə (18-24 yaş aralığı) pullarını əsasən geyimə xərcləyir (25 %).

Sorğu 23-28 sentyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir