adalet.az header logo
  • Bakı 7°C
18 Yanvar 2018 11:38
12803
İDMAN
A- A+

Viza ala bilmədilər, Azərbaycana üz tutdular

Futzal üzrə Azərbaycan milli komandasının İranla yoxlama matçları keçirməsinin zəmin yaradan səbəb bəlli olub. 

Adalet.az-ın məlumatına görə, bunu Asiya təmsilçisinin baş məşqçisi Məhəmməd Nazomoşariya açıqlayıb.

O bildirib ki, planları pozulduğu üçün yığmamızla oynamağa məcbur olublar: "Sloveniya millisi ilə 2 yoxlama oyunu keçirməli idik. Lakin bu görüşlər baş tutması mümkün olmadı. Bu da bütün planlarımızı pozdu. Əvəzində yanvarın sonunda Bakıda Azərbaycan yığması ilə 2 yoldaşlıq oyunu keçirəcəyik”.

İran yığmasının Sloveniya ilə oyununun baş tutmamasına isə viza məsələləri mane olub. Belə ki, Balkan ölkəsinin Tehrandakı səfirliyi futzalçılara yanvarın 15-də təqdim etməli olduğu vizaları verməyib. Baş məşqçi məsul yarış öncəsi zərbə aldıqlarını qeyd edib: "Çin Taypeyində keçiriləcək Asiya çempionatına hazırlaşırıq. Belə bir vaxtda viza problemi ilə üzləşməyimiz işimizi çətinləşdirdi”.

Qeyd edək ki, Azərbaycan və İran yığmaları yanvarın 23-də və 24-də üz-üzə gələcək. Bundan sonra yığmamız Sloveniyada Avropa, iranlılar isə Çin Taypeyində Asiya çempionatına qatılacaq.