adalet.az header logo
  • Bakı 7°C
18 Yanvar 2018 11:15
10326
DÜNYA
A- A+

Dəhşətli olay: 52 nəfər avtobusda yanaraq ölüb

Qazaxıstanın Aktobe vilayətində avtobusun yanması nəticəsində 52 nəfər ölüb.

Adalet.az "İnterfaks"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Samara-Çimkənd avtomobil yolunda baş verib.

Ölkənin Fövqəladə Hallar Komitəsinin nümayəndəsi Ruslan İmankulov bildirib ki, "İkarus" markalı avtobusun salonunda 55 sərnişin və 2 sürücü olub. Onlardan yalnız 5-i sağ qalıb. Qalan 52 nəfər isə yanaraq ölüb.

Avtobusda olan şəxslərin hamısı Özbəkistan vətəndaşı olub. Yanğının başvermə səbəbləri araşdırılır.