adalet.az header logo
  • Bakı 7°C
18 Yanvar 2018 10:57
13300
SİYASƏT
A- A+

2017-ci ilin fəal deputatları: nəticələr açıqlandı - SİYAHI

Parlament Jurnalistləri Birliyi (PJB) beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2017-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün qurum üzvləri - parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında rəy sorğusu keçirib.

 

PJB-nin sədr müavini Aqil Aslanın Modern.az-a verdiyi məlumata görə, sorğu 4 nominasiya üzrə aparılıb.

 

Sorğu nəticəsində Milli Məclisin 2017-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari və gündəlikdə duran məsələlərin müzakirəsində ən fəal iştirak edən deputatlar, seçici hüquqlarını müdafiə edən ən fəal deputatlar, ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputatlar, qanunvericilik təşəbüsü ilə çıxış edən ən fəal deputatlar müəyyənləşib.

 

Millət vəkilləri Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Məlahət İbrahimqızı, Zahid Oruc, Əflatun Amaşov və Tahir Kərimli Milli Məclisin 2017-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari və gündəlikdə duran məsələlərin müzakirəsində fəal iştirak edən deputat nominasiyası üzrə qalib olublar.

 

Seçici hüquqlarını müdafiə edən ən fəal deputatlar siyahısında Qənirə PaşayevaYevda Abramov, Çingiz Qənizadə və Flora Qasımova yer alıb.

 

Ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputatlar adını  isə Fuad MuradovBahar MuradovaZiyafət ƏsgərovCavanşir FeyziyevAzay QuliyevTahir MirkişiliEldar Quliyev və Sahibə Qafarova qazanıb.

 

Qanunvericlik təşəbbüsü ilə çıxış edən deputatlardan Vahid Əhmədov, Əli Məsimli və Musa Quliyev digər həmkarlarından fərqlənərək bu nominasiyanın qalibi olublar.