adalet.az header logo
  • Bakı 7°C
18 Yanvar 2018 11:05
14417
İDMAN
A- A+

Millimiz İranla qarşılaşacaq

Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən futzal üzrə Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək.

Adalet.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, yığma komandamız yanvarın 23-də və 24-də İran millisi ilə qarşılaşacaq.

Bakı İdman Sarayında keçiriləcək hər iki oyun saat 21:00-da başlayacaq.