adalet.az header logo
  • Bakı 7°C
18 Yanvar 2018 10:53
20473
MƏDƏNİYYƏT
A- A+

ADO Paris teatrıyla layihə həyata keçirir

ADO Müstəqil teatrı(Azərbaycan Dağınıq Oda teatrı)Paris teatrı ilə yeni layihə həyata keçirir.

Teatrdan Adalet.az-a verilən məlumata görə, tanınmış rejissor və aktyor Dimitar Uzunov ADO teatrında ustad dərsləri keçəcək.

Dərslər zamanı iştirakçılara pyeslərin hazırlanması, müasir incəsənətdə səhnə quruluşu öyrədiləcək. Dərslər 5 gün olmaqla gündə 4 saat davam edəcək. Sonda isə iştirakçılarla birgə hazırlanan performans nümayiş olunacaq, təqdimat tədbiri keçiriləcək. Ustad dərsləri 7-12 fevral aralığında olacaq.

Dimitar Uzunov Paris teatral kompaniyası olan "Famille Mundi”nin təsisçi və bədii rəhbəridir. Eyni zamanda Sofiyada "Teatr və elm” platformasının və "JTP” teatral mərkəzinin təsisçisidir. Sarbona universitetini teatr üzrə bakalavr və magistr dərəcələrini bitirib. Həmçinin Nyu-Yorkda MICEFA proqramı üzrə aktyor, rejissor və teatr rəhbərliyini oxuyub.

Dimitar Uzunov bir neçə məşhur filmlərdən tanışdır. O, 2012-ci ildə Jerar Depardye ilə "Gülən Adam” filminə çəkilib. Çəkdiyi filmlərə görə, Berlin müstəqil kinofestivalında "Ən yaxşı rejissor” mükafatı alıb. Meksika beynəlxalq kinofestivalında isə "Bürünc əl” mükafatına layiq görülüb.