adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
17 Yanvar 2018 17:03
20905
SİYASƏT
A- A+

Fransa kəşfiyyatının görünməyən tərəfləri

Dünya ölkələri kəşfiyyat xidmətlərinə hər zaman böyük önəm verirlər. Dövlətin təhlükəsizliyinin təmin edilməsindən tutmuş, digər ölkələrdə olan vətəndaşlarının qorunmsında bu xidmətdən yararlanırlar. Bir sıra ölkələr daha da qabağa gedərək təhlükəsizlik xidmətinin imkanlarından öz şəxsi mənafeyi üçün istifadə edib dövlət çevrilişi hazırlayırlar. Ədalət qəzeti bu siferada olan xidmət idarələri ilə bağlı bir sıra məqamları diqqətinizə çatdırır.

Bu gün Fransa Respublikasının təhlükəsizlik və xüsusi xidmət orqanlarından söhbət açaçağıq. Fransada Baş Xarici Kəşfiyyat Direktorluğu DGSE (əsas hərbi kəşfiyyat); Hərbi Kəşfiyyat Direktorluğu DRM (radiotexniki kəşfiyyat); Müdafiənin Mühafizəsi və Təhlükəsizliyi Direktorluğu (hərbi əks-kəşfiyyat); Ərazi Təhlükəsizliyi Direktorluğu DST (əks-kəşfiyyat); Ümumi Kəşfiyyat Direktorluğu (dövlət təhlükəsizliyi xidməti); Elektron Müharibə Briqadası BRGE (analitik mərkəz); Elektron Sistemlərinin Mərkəzi Təhlükəsizlik Agentliyi SCSSI (kriptoqrafiya); Hərbi-hava qüvvələri: hava kəşfiyyatının 54-cü eksadronu (radioəks-kəşfiyyat) bölmələri var. Respublika Prezidentinin təhlükəsizliyini isə GSPR Qrupu qoruyur.

Bu ölkənin kəşfiyyat xidmətində on iki min yeddi yüz səksən nəfər əməkdaş çalışır. Onlar üç müxtəlif nazirliyə tabedirlər. Baş Xarici Kəşfiyyat Direktorluğu (DGSE) 1982-ci il aprel ayının 2-də yaradılmış və formal olaraq müdafiə nazirinə tabedir. DGSE-dən əvvəl isə onun funksiyalarını 1966-cı ildən 1982-ci ilədək birbaşa baş nazirə tabe olan Xarici Sənədləşmə və Əks-casusluq Xidməti yerinə yetirmişdir.

Müdafiə Nazirliyinə daha iki xidmət – 1992-ci ildə yaradılmış Hərbi Kəşfiyyat Direktorluğu (DRM) və 1981-ci ildə yaradılmış Hərbi Əks-kəşfiyyat Xidməti (DPSD) daxildir.

Baş Milli Polis Direktorluğuna (Daxili İşlər Nazirliyi - DGPN) iki xüsusi xidmət strukturu – İkinci Dünya müharibəsindən sonra yaradılmış Ərazi Təhlükəsizliyi Direktorluğu (DST) və Baş Kəşfiyyat Xidməti (RG) tabedir. Baş Kəşfiyyat Xidməti habelə daxili təhlükəsizliyə cavabdehdir. Bundan əlavə, DGPN-ə 1984-cü ildə yaradılmış UCLAT – Terrorçuluğa Qarşı Mübarizənin Koordinasiya Mərkəzi də daxildir. Onun vəzifələri: təyinatı üzrə məlumatın toplanılması və ötürülməsi, analitik iş, risklərin proqnozlaşdırılması, kütləvi tədbirlərdə təhlükəsizliyin təmin olunmasına nəzarətin həyata keçirilməsi.

Bunlardan başqa, İqtisadiyyat və Maliyyə Nazirliyinə tabe olan və maliyyə kəşfiyyatını həyata keçirən La Direction des Douanes adlı struktur mövcuddur.

Son dövrlərədək Fransa yeganə böyük demokratik dövlət idi ki, orada xüsusi xidmət orqanları üzərində parlament nəzarəti yox idi. 2007-ci ilin iyun ayında Fransa Milli Assambleyası dörd deputat və dörd senatordan ibarət kəşfiyyata nəzarət üzrə parlament nümayəndə heyətinin yaradılması haqda qərar qəbul etdi.

N. Sarkozinin prezidentliyi dövründə Fransa Milli Polis Direktorluğuna onun uşaqlıq dostu Frederik Peşenar rəhbərlik etmişdir.

Ümumiyyətlə, Fransa xüsusi xidmət orqanları dünyada öz kobudluqları ilə tanınmışlar. Fransa xüsusi xidmət orqnları xüsusilə də Afrikadakı müstəmləkə ərazilərində fəaliyyət göstərmişlər. Onlar burada terrorçuluğa qarşı mübarizə aparmağın yollarını dərindən mənimsəmişlər. Bundan başqa Fransa əks-kəşfiyyat orqanları separatçı ETA təşkilatına qarşı uğurlu əməliyyatlar həyata keçirib.

Fransa xüsusi xidmət orqanlarının adı bir çox qalmaqallarda da hallanıb. Məsələn, 1985-ci ildə Fransa kəşfiyyatının iki nəfər əməkdaşı Yeni Zelandiyanın Oklend limanında Qrinpis təşkilatına məxsus olan "Rainbow Mirror” ("Göy qurşağı güzgüsü”) adlı gəmini partlatmışlar. 1995-ci ildə Fransa baş nazirinin sanksiyası əsasında hərbi kəşfiyyat tərəfindən ölkənin sabiq müdafiə naziri Fransua Leotarın telefon danışıqlarının dinlənilməsi ilə bağlı qalmaqal yaranmışdır. 1998-ci ildə ABŞ-ın Federal Təhqiqatlar Bürosu belə bir məlumat yaymışdır ki, Fransa xüsusi xidmət orqanları "Air France” hava yolları şirkətinin Nyu-York – Paris reysində amerikalı biznesmenlərin danışıqlarını dinləyirlər. Bunun nəticəsində Boeing, IBM, Corning Glass da daxil olmaqla yetmişdən artıq iri korporasiyaya külli miqdarda zərər dəymişdir. 1999-cu ildə XX əsrin ən məşhur muzdlu qatili, Komor prezidenti Əhməd Abdullanın qətlə yetirilməsində ittiham edilən Bob Denarın məhkəmə prosesi keçirilmişdir. O, Fransanın ənənəvi maraq dairəsinə daxil olan bir sıra ölkələrdə - Hind - Çin yarımadası, Mərakeş, Yəmən, Anqola, Benində "ezamiyyətlərdə” olmuş və Fransa kəşfiyyatının maraqlarını yerinə yetirmişdir. Bir neçə gün sonra isə Serbiyanın informasiya naziri Qoran Matiç bəyan etmişdir ki, Fransa xüsusi xidmət orqanlarının tapşırığı ilə "Hörümçək” təxribat qrupu Yuqoslaviya prezidentinə sui-qəsd etməyə cəhd göstərmişdir.

Nəzakət Məmmədova