Atamın xatirəsi iynə tək bədənimə sancılır...

OĞUZ AYVAZ
46016 | 2018-07-25 15:07

Mənim Bakıyla,teatrla, kinoyla, musiqiylə tanışlığım atamla bağlıdır. Əlimdən tutub şəhərə aparardı məni.Sovetin son nəfəsi, qoxusu yaddaşımın bir küncündə ilişib. Bakının dolanbacküçələri, nimdaş geyimli adamlar, qatarlar, küçələr... Bu görüntülər uşaqyaddaşıma yazılırdı və atam sanki məni həmin xəyalındakı şəhərə aparırdı. Sonraböyüdüm. Atamdan uzaqlaşdım.

Atam mənim dünyaya gəlməyimə də çox sevinibmiş. O vaxtları gülə-gülə danışırdı bizə. Əl-qolunu ölçə-ölçə böyük bir məhəbbətlə o günün filmini çəkirdi sanki; Tiflis... Mərkəzi küçələr... Sərxoş bir ata... Qəfil rastlaşdığı dostu... Qaranlıqda işıq kimi közərən taksi... Dostunun muştuluğu... Və sonra şəhərə hayqırmağı: "Kim Eyvazı sevir, minsin maşına”. Sonra kafe. Yıxılan butulkalar. Atamın səndirlənə-səndirlənə xəstəxanaya gəlişi. Uşağı görmək istəyi. Həkimlərin onu içəri buraxmamağı. Atamın mübahisə etməyi, dalaşmağı. Sərxoş cümlələrlə nəyisə izah etməyi. Və sonra diz çöküb ağlamağı. Filmin sonu.

Atama "ata” yox, "dədə” deyərdik. Özü belə istəyirdi. Xoşuna gəlirdi bu cür çağırılmağı. Mən ilk uşağıyam, sonra bacımm Gülbəs və qardaşım Ayxan doğulub. Aramızda bir yaş fərq var. Gündəliyində də bizim doğuluşumuzdan yazıb. Hərdən əlimə düşəndə vərəqləyirəm. Qəribə bir şey tapmışdım bir dəfə. Üçümüzün də şəklini çəkməyə cəhd etmişdi. Məni küçə lampası kimi uzun çəkmişdi. Ayxanla Gülbəsi topa bənzətmişdi. Bu atamın rəssam tərəfiydi. Tiflisdə rəsm dərsi almışdı. Dövrün tanınmış rəssamları ilə dostluq münasibətləri vardı, onların mühazirələrinə dəvət olunur, sərgilərdə iştirak edirdi.

Atam həyatı iki cür görürdü: yazılı və görüntülü. Yazdıqları həyatın özüydü. Mən atam qədər özünü yazan yazıçı tanımıram. Bəlkə də öz həyatı da deyildi bu. Yeni, ütülü bir həyat qurmuşdu özü üçün, amma o həyatın içində də darıxırdı. Rəsm və kino isə həyatının görüntülü tərəfiydi. Hərdən bizə baxdığı filmlərdən, şəhərə gələn kinoteatrlardan ağızdolusu danışırdı. Onun danışığı da çox ləzzət edirdi adama. Şirin, koloritli, özünəməxsus. Deyəsən, Əkrəm Əylisli onun haqqında belə bir ifadə işlətmişdi: "O oğlanın qoynunda həmişə saz yeri görünür”.
Atamın danışdıqları məndə həmişə daha gözəl bir yerin olacağına əminlik yaradırdı. Onun danışdıqları bu dünyayla bağlı deyildi sanki, xəyalında inşa elədiyi xırda evlər idi, bir də mürgülü itlər. Sakitçilik idi onun xəyalındakı şəhər, klassik musiqi gəlirdi hərdən, hərdən də bir şeir. Atam öləndə o şəhərə bir də heç vaxt gedə bilməyəcəyimi anladım.

Yeniyetməlikvaxtlarım daha ağır keçdi. Oşəhərdən qopub kirli dünyaya ayaq basdım. Qarşımdakı bataqlıqdan keçə bilmədim,bulaşdım o çirkli suya. Psixi sarsıntı keçirdim. Xəstəxanaya düşdüm. Atam birgün belə məni tək qoymadı orda. Hər gün əli-dolu gələr, məni həkimlərətapşırardı.

Atamın ilk dəfə ağladığıyadıma düşür. Xəstəxanaya düşmədən əvvəl gərginləşmişdim, özümə yer tapabilmirdim, yerlə-göylə əlləşirdim. Evdə öz-özümə danışır, sayıqlayırdım. Anamzəng edib atamı çağırmışdı. Onun evə gəlməyindən xəbərim olmamışdı. Bir onda qulağımhönkürtü eşitdi. Qanrılıb atamın əlləri üzündə hönkürərək ağladığını gördüm.Heç nə hiss edə bilmirdim. Nəyə görə ağladığını həmin an kəsdirə bilmirdim.İndi yadıma düşəndə bu ağır xatirənin buzlarının əridiyini hiss edirəm.Yavaş-yavaş o xatirə iynə tək bədənimə sancılır. Amma o anı təsvir etmək mənimüçün ağırdı.

Məktəbli yaşıma çatmışdım. Atam yayaylarında bizi Gürcüstana aparır, özü də işinə görə Bakıya qayıdırdı. Payızyaxınlaşırdı. Kənddəydik. Atam Bakıdan qayıtmış, "hazırlaş məktəbə başlayırsan”demişdi. Mən də suyu süzülə-süzülə nənəmin ətəyindən yapşmışdım ki, getməyəcəmBakıya. "Bura mənim evimdi. Burda qalıb çobanlıq edəcəm. Mən kəndi sevirəm”dedim. Atam bir xeyli duruxdu bu sözlərimdən. Sanki deməyimə peşman olmuşdu.Ancaq oxumağımı, təhsil almağımı çox istəyirdi. "Veş-vüş”ümüzü yığıb döndükBakıya. Birotaqlı mənzilimizə çatanda axşam idi. Qapqara, sısqa bədənliuşaqdım. "Soska” istəyən uşaqlar misalı, ağlamağa başladım ki, "öyümüzə gedək.Bura haradı?” Ancaq anam sözlərimi zarafata çevirdi. Atam da "evimiz buradı”dedi.

Atam bir ara siqareti tərgitmişdi. Bir gün yayın cırcırama istisində anamla bazara getmişdik. Əlimizdolu yolu keçirdik ki, qəfil məni maşın vurdu. Yerə sərildim. Ayağım əzildi.Anam da yerdə, gözlərində qorxu, təşvişlə məni qaldırmağa çalışırdı. Yolunortasına kartof, soğanlarımız səpələnmişdi. Anamın yardımıyla, axsaya-axsayayolu keçdik. Evə gələ bildik. Atam o vaxtlar siqareti tərgitmişdi. İşdənqayıdırdı. Bloka çatanda qardaşım "Oğuzu maşın vurdu" deyəndə ildırımvurmuşa dönüb, tez-tələsik pillələri qalxıb yanıma gəlmişdi. Saçıma tumarçəkdiyi yadımdadır. Sonra çönüb qardaşıma əsəbi-əsəbi "get papiros al” dediyiyadımdadır. O gün atamın mənə olan sonsuz sevgisini duymuşdum. Sevgisini heçvaxt açıq-aşkar göstərmədiyindən mənə olan diqqətinə təəccübləndim. Əli Kəriminşeirində dediyi kimi, sevgisi də soyuq idi, təzə əkini hər bəladan hifz eləyənqar kimi.

Atamınsilsilə hekayələri var, "Qonquz Pop-art” adlı silsilə. O hekayələrin girişinəbelə yazıb: "Oğlum Oğuzun doğuluşuna”. Qısa, körpə boyda hekayələrdi. Mən ohekayələrin varlığından atam öləndən sonra xəbər tutdum. Qardaşım Ayxan atamınkitabını hazırlayırdı. Vərəqlərin içində həmin "Oğlum Oğuzun doğuluşuna”cümləsinə rast gəldik. Bəzən, sənə qaynar bir şey toxunanda geriyə çəkilirsəne, mən o cür oldum və həmin xırda hekayələrdə öz körpəliyimi gördüm. Birdə fikirləşdim ki, yəqin, atam bu hekayələri mənim hər gün saatlarla ağlamağımhesabına yazıb. Anamla yuxusuz qaldığı günləri gözümün qabağına gətirdim.Təsəvvür elədim ki, dayanmadan ağlayıram, anam qucağına götürüb mənisakitləşdirməyə çalışır, atam da masanın kənarında oturub yuxusuzluqdanqabağına vərəq qoyub və o hekayələri yazıb. O hekayələr mənim ağlayışımdan dünyayagəlmişdi.

Ata bu yazının içindən sənə səslənirəm: "Kəndimizi heç soruşma. Ordakı insanlar "buzadam”a çevriliblər, laqeydləşiblər. Sənin böyüdüyün evi kol-kos basıb. Qaraitimiz də ölüb. Yazılarından narahat olma. Hamısını çap edəcəyik. Sevimlikomandan Türkiyə milli futbol komandası sən gedəndən çox zəyifləyib, tükənib.İnanmayacaqsan amma Azərbaycan millisi xeyli inkişaf edib. Ancaq kasıb ölkələrdünya çempionatında çempion ola bilmir...

Sənə gülməlibir əhvalat danışım. Axşam futbolizləyirdim. Gülbəs də mətbəxdə yemək bişirirdi. Qəfil, təşvişlə üstümə atıldıki, "kuxna"da siçan var. Tut, onu öldür. Yaşamasını dedim. Gedibqonşuları çağırdı. Hamı səfərbər olub siçanı axtardılar, ancaq tapa bilmədilər.Sənin "Siçanın ölümü” hekayəni xatırladım. Unutmadan deyim ki, bir qızımdünyaya gəldi. Bəlkə də qızım cildində dünyaya yenidən gəlmisən. Ata yazımaburdaca son nöqtəni qoyuram. Yenidən görüşmək üzərə…

TƏQVİM / ARXİV