adalet.az header logo
  • Bakı 7°C
17 Yanvar 2018 16:13
19468
SİYASƏT
A- A+

Azərbaycanın tarix yazan uğurları

İnsan yaşadığı ölkənin adını hər yerdə uca tutmalı, onun tarixini bilməli, ölkədə görülən işlər haqqında məlumatlı olmalıdır.Hər kəs necəki ailəsini nöqsanları, səhvləri ilə birlikdə sevir, qəbul edirsə, dövlətini də elə sevməlidir. Çünki biz bu ölkənin vətəndaşlarıyıq. Heç bir şey bir deyib düzəlmir.

Bir insan xoşbəxt övlad sahibi olmaq, onun uğurunu görmək istəyirsə, əvvəl övlad dünyaya gətirməli, sonra onu böyütməli, qayğısına qalmalıdir.Bütün bunlara sahib olmaq üçün illər, aylar, zəhmət, əziyyət, cəsarət gərəkdir. Bu gün bizim yaşadığımız ölkə də cəmiyyətə atılmaq üçün bu mərhələlərdən keçmiş, 26 yaşında bir gəncdir. Lakin O, 26 yaşında olan bir gəncin sahib olması gərəkən şeylərdən artığına qadirdir.

Azərbaycanın gənc yaşında bu qədər uğurlara sahib olmasının təməlində Azərbaycanın atası, ümummilli lider, Ulu Öndər Heydər Əliyev və onun Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətləri dayanır.Məhz UluÖndərin əvəzsiz xidmətləri nəticəsində bu gun Azərbaycan inkişaf, tərəqqi edən bir dövlətə çevrilib. Günümüzdə isə bu dövlətin əziyyətini çəkən, onu qoruyan, çətinliklərinin öhdəsindən əzimlə gələn UluÖndərin layiqli davamçısı Cənab Prezident İlham Əliyevdir. İlham Əliyevin 15 ilə yaxın hakimiyyəti dövründə Azərbaycan bütün sahələrdə inkişaf edib, öz uğurları, əldə etdiyi nailiyyətlər hesabına dünya ölkələri arasında layiqincə tanınıb. Bu gün bu qədər inkişaf etmiş, böyümüş, uğur qazanmış bir ölkəni necə sevməmək, qorumamaq olar?

Hər bir ölkə vətəndaşı, öz ölkəsini sevməlidir.Bunun üçün Azərbaycanın dünənini, bugünü ilə müqayisə etməli, onun haqqında hər bir şeyi dərindən öyrənməliyik. Nəticədə bütün bu müsbət dəyişikliklərin sahidi olduqdan sonra sevmək üçün səbəb axtarmayacağıq. Mən də bu ölkənin vətəndaşıyam, hər zaman dövlətimizin, dövlət başçımızın gördüyü bütün işlərlə maraqlanır, məlumat toplayıram. Çünki ölkəmizə, ölkə başçımıza dəyər verirəm. Ölkənin, dövlətimizin uğurlarını görməmək, dünənki Azərbaycanla, bugünkü Azərbaycanı müqayisə etməmək mümkünsüzdür. Bunu görməzdən gəlmək nadanlıqdır.

Bu gün hər bir azərbaycanlı ölkəsini sevməlidir.Bunun üçün də ölkədə baş verən prosesləri yaxından izləməlidir. Məni bu gün ölkə başçısını sevməyə məcbur edən şey, bugünkü Azərbaycanın tarix yazan uğurlarıdır. Məhz bunun üçün prezidentimizi sevir, onu dəstəkləyirəm. Bütün bunları yazmağa məni məcbur edən bəzi vətəndaşlarımızın şəxsimə qarşı olan səhv düşüncələridir. Mən ölkəmi, onun dövlət başçısı, Ali Baş Komandanını həqiqi sevdiyim üçün, Prezidentimizi bu qədər ürəkdən dəstəkləyirəm. Yaltaqlıq etmək üçün heç bir səbəbim yoxdur. Çünki mən də əksəriyyət kimi sadə bir ölkə vətəndaşıyam. Məmur deyiləm.

Azərbaycan bizim anamızdır. Azərbaycanı qoruyan onun övladıdır. Azərbaycanı və onun övladını sevmək isə bizim borcumuzdur. Çünki biz Azərbaycan vətəndaşıyıq, onun suyunu içib, havasını uduruq. Mən Azərbaycanı sevdiyim qədər onun qoruyucusunu da sevirəm.

Aygün Osmanova

Yeni Azərbaycan Partiyasının üzvü, Xacmaz rayonu, Muqtədir qəsəbə tam orta məktəbinin Azərbaycan dili müəlliməsi