adalet.az header logo
  • Bakı 20°C
17 Yanvar 2018 16:51
12445
MƏMLƏKƏT
A- A+

11 ayda 2374 əkiz, 54 üçəm doğulub

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən keçən ilin yanvar-noyabr aylarında ölkə üzrə 132 002 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Adalet.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib.

Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrdən 2374-ü əkiz, 54-ü üçəm doğulanlardır.

Ötən ilin yanvar-noyabr aylarında ölkədə 52 318 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.