adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Yanvar 2018 15:29
30729
TEXNOLOGİYA
A- A+

Yeni virus aşkar edildi

"Kasperski laboratoriyası”nın mütəxəssisləri "Android” sistemi ilə işləyən qurğularda yeni təhlükəli virus aşkar edib.

Bu haqda Adalet.az xarici KİV-ə istinadən xəbər verir.

"Skygofree” virusu telefon danışıqlarını yazmağa, sms-ləri və "WhatsApp” mesajlarını oğurlamağa, GPS məlumatlarını və təqvimdə qeyd olunan hadisələri oğurlamağa qadirdir.

Bu virus "internet sürətini yoxlamaq” təklifi ilə bəzi saytlar tərəfindən təqdim olunur.

Mütəxəssislər "Skygofree” virusunun "Android” sistemində mövcud olmuş ən güclü viruslardan biri olduğunu bildirir.