adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Yanvar 2018 15:24
14303
ELM VƏ TƏHSİL
A- A+

Koreya səfiri BDU-da

Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-Qyunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Rektor, akademik Abel Məhərrəmov qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edərək universitetin əlaqələrindən, o cümlədən Koreyanın bir sıra ali təhsil ocaqları ilə uğurlu əməkdaşlıqdan bəhs edib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Adalet.az-a verilən məlumata görə, rektor universitetin Şərqşünaslıq fakültəsində koreya dili və ədəbiyyatı fənlərinin tədris edildiyini, onlarla mütəxəssis hazırlandığını, ötən müddət ərzində bir çox layihələrin reallaşdırıldığını bildirib. Mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin önəmini vurğulayan rektor Abel Məhərrəmov səfirə elm, təhsil və mədəniyyət istiqamətindəgöstərdiyidəstəyə görə təşəkkür edib.

Səfir Kim Çanq-Qyun, öz növbəsində, bu qocaman ali təhsil ocağında xoş qarşılanmaya görə təşəkkür edərək elm-təhsil sahəsində layihələrin zəruriliyini qeyd edib,Bakı Dövlət Universitetində Koreyanın "Sei Jong” məktəbinin yaradılması, koreya dilinin tədrisinin daha da genişləndirilməsi təklifini irəlisürüb.

Görüşdə BDU-nunnəzdində adıçəkilən məktəbin yaradılması, universitetlərarası müəllim-tələbə mübadiləsinin genişləndirilməsi kimi məsələlər müzakirə edilib.