adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Yanvar 2018 15:09
27526
MƏMLƏKƏT
A- A+

Naxçıvanda hərbi hissə komandirlərinin təlimi keçirilir

Əlahiddə Ümumqoşun Orduda birləşmə, hərbi hissə komandirləri və onların müavinləri ilə cari ilin ilk komandir toplantısı keçirilir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a məlumat verilib.

Toplantının əsas məqsədi idarəetmə orqanlarının açılması, komandirlərin qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi və onlarda döyüş işinin təşkili zamanı yüksək təşkilatçılıq vərdişlərinin aşılanması, eləcə də silahlanmaya yeni daxil edilmiş silah və hərbi texnika ilə tanışlıqdır.

Toplantı zamanı şəxsi heyətdən fiziki və taktiki hazırlıq, həmçinin topoqrafiya və rəhbər sənədlərinin tələblərini bilmələri üzrə məqbullar qəbul edilir.

Məşğələlər Təlim-Tədris Mərkəzində və "Naxçıvan” poliqonunda keçirilir.