adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
17 Yanvar 2018 14:11
13401
GÜNDƏM
A- A+

Nicat NOVRUZOĞLU: TOPXANADAKI ARMUD AĞACI DURUR, YA YOX?!

Bu nemes uşağı nemes ermənilər Topxanadakı …

… indiki gənclər Topxananın nə olduğunu və hara olduğunu bilmirlər. Əziz gənclərimiz, Topxana Cıdır düzü ilə üzbəüz bir düzəngahdı. Amma bu düzəngah qurtaranda meşələr başlayır, ona da Topxana meşəsi deyirlər. Ad da ordan gəlir ki, Qacar Şuşaya səfər edəndə həmin düzəngahdan Şuşaya dörd-beş top atıb, toplar da Şuşaya çatmayıb, düşüb Daşaltına. Ondan sonra da həmin düzəngah şuşalılar tərəfindən, eləcə də qarabağlılar tərəfindən Topxana adlandırılıb…

… bir Armud ağacını kəsmək istəyirdilər, bir milyona yaxın insan etiraz əlaməti olaraq yığıldı Azadlıq meydanına, ermənilər də qorxub həmin Armud ağacını kəsmədilər. İndi bilmirəm o Armud ağacını ermənilər kəsdilər, yoxsa yox?! Amma inanmıram kəsələr. Millət yenidən ayağa qalxa bilər.

İndi bir cavan şair başından böyük bir qələt edib. Baxıram mətbuatda, eləcə də sosial şəbəkələrdə xalq qalxıb ayağa, elə bil ki ermənilər Topxanadakı Armud ağacını kəsmək istəyirlər. Özü cəhənnəm, atasını da çarmıxa çəkirlər.

Bu cavan şair də başından böyük qələt etdiyini etiraf edib. Amma xeyri yoxdu, yenə xalq ayaq üstədi ki, yox ey, sən niyə Armud ağacını kəsmək istəyirsən?

Amma Armud ağacını kəsmək istəyən erməniləri bəh-bəhlə Bakıya gətirirlər, gedir Gəncədə öz evində qonşuları ilə birgə öpüşüb çay içir. Akif Nağıdan başqa isə kimsə buna etiraz eləmir.

P.S. Yadımdan çıxmışdı soruşam. Xəbərim yoxdur bu şəhidlərin on bir min manatlıq qan pulunu hörmətli maliyyə nazirimiz Samir Şərifov verdi, yoxsa yox? Samir müəllim, sual çətin olmadı ki?