Aqil ABBAS: AZƏRBAYCAN NAĞILLARI: GÖYDƏN 5 RAYON DÜŞDÜ

AQİL ABBAS
64693 | 2018-01-19 10:05

Buhaqda bir dəfə yazmışam, təkrar çap etmək istəmədim. Biz nağılları çox sevirik axı: Cırtdan-mırtdan, Ağ atlı oğlan, qardaşların kəndirini kəsdiyiMəlikməmməd, at gəldi örkən apardı,it hürən tərəf, işıq gələn tərəf. Həmişə dəit hürən tərəfə getmişik, itlər də bizi tutub. Ağlımıza gəlməyibbir dəfə işıq gələn tərəfə gedək, bəlkə işıqlığa çıxdıq.

Nəisə, söhbəti uzatmayaq, oxucunu da yormayaq. Çünki oxucular da yazı yekə olanda oxumurlar, ərinirlər.

Adətən bütün nağılların axırında da göydən üç alma düşür: nə bilim birinağıl deyənin, o biri ikisi də kimə düşür yadımdan çıxıb, amma deyəsən biri qulaq asanlarındı.

Amma heç vaxt göydən alma düşdüyünün şahidi olmamışıq. Bizim də başımızagöydən alma düşsəydi, demirəm Nyuton kimi Cazibə qüvvəsi qanununu kəşf edərdik, ən azı vaxtında dilimizdəki «ğ» hərfini«k»la əvəz edərdik, indiyə saxlamazdıq.

İndihərdən ortaya «5 rayon nağılı» atırlar. Millət də sevindiyindən az qalabayram edir. Guya ki Ermənistan Qarabağdakı 5 rayonuqaytaracaq. Hansı rayonlardı deyilmir.

Cəbrayılmı?!Vurhavur qəsəbələr tikirlər, hətta bir kilsə dətikdilər, Sərkisyan gəldi açdı.

Zəngilan-Qubadlımı?!Yeni qəsəbələr tikirlər, Suriyadan gələn erməniləriyerləşdirirlər.

Kəlbəcərmi?!Məktəblər tikirlər, kanalizasiya xətləriçəkirlər, küçələri asfaltlayırlar. Və sair və ilaxır. At gəlmədi, örkən də aparmadı.

Hələki bir Ağdamla Füzulidə abadlıq işləri aparmırlar, çünki erməniazlığı var, orda yaşayacaq ermənilərihələ ki tapa bilmirlər.

5rayonu qaytaracaqlar! Duqin dedi, nə bilim kim dedi. Bu millət nağılıyaman çox sevir. Deyəsən, Nüsrət Kəsəmənlinin şeiridi: «Daha nağıllara inanmıram mən». Nüsrətbəy inanmasa da, xalq inanır. Məsələn, bizim jurnalisti təhqir eləyən Zaxarova beş-altıgün bundan əvvəl Azərbaycanla bağlı xoş bir söz deyib. Siyasətçilərimiz, mətbuatımızonu qəhrəman səviyyəsinə qaldırıb. Çünkiurus da bilir ki, biz nağılları sevirik və inanırıq.

BirMetyu Brayza vardı, indi də var, özü də yeznəmizdi. O da indi olub qəhrəman və sevimli. Nə deyib ki, belə sevimlimizolub? Azərbaycan hökumətinə minnətdarlıq edib ki, onu və ailəsini, eləcə də diplomatik korpusu terrorizmdənvə təhdidlərdən qoruyub. Və artıq qəhrəmandı!Xoş söz deyib, axı.

Məntiqinizərəhmətlik Mustafa Güliyev bir quzu kəssin.

Azərbaycankeçmiş SSRİ məkanında uzun illərdi terrorizmdənuzaq ölkələrin önündə birinci yerdə gedir.Bunun səbəbi də həm Daxili İşlər Nazirliyinin,həm Dövlət Təhlükəsizlik Xidmətinin, eləcə də digər xüsusi xidmət orqanlarının böyük zəhmətləri və başarılarıdı.

Bugünədək Azərbaycanda heç bir diplomatikkorpuslar nə terrorizmə məruz qalıb, nə də təhdidlərə. Arada bir Qarabağ Azadlıq Təşkilatının Rusiya, hərdən birdə İran səfirliyinin qarşısında keçirdikləri piketlər də təhdid sayıla bilməz, bir etirazdı.O da dünyanın bütün ölkələrində olur.

Ammabu günədək ABŞ səfirliyinin qarşısında Allahınkiçik bir piketi də olmayıb ki, səfirliyinözü, ya əməkdaşları, ya metyubrayzları narahatola. Yəni bu da bir nağıldı.

5rayon qaytarılacaq! Göydən 5 rayon töküləcək!Bəs, bizim təpəmizə hansılar düşəcək? Nağıllarnə təhər başlayır? Şah Abbas cənnət məkan, tərəziyə vurdu təkan, iki qoz bir girdəkan,5 rayon, bir də təpəmizə …


TƏQVİM / ARXİV