adalet.az header logo
  • Bakı 17°C
16 Yanvar 2018 17:17
23777
MƏMLƏKƏT
A- A+

Tarixi sərəncam

Bir sıra tarixi hadisələrin yubileylərini özündə cəmləşdirən 2018-ci ilin ilk ayında həm siyasi həm iqtisadi cəhətdən də sevindirici xəbərlər almaqdayıq. İqtisadi sahədə neftin qiymətinin artmasını göstərmək olar. Son üç ildə neftin qiyməti maksimum nəticə göstərməkdədir. Ekspertlərin fikrincə bu artım il ərzində davam edəcək. Bu isə təbii ki, Azərbaycanın valyuta ehtiyatlarının artması ilə nəticələnəcək. Valyuta ehtiyatlarının artması demək, ölkə iqtisadiyyatının artması, yeni-yeni infrastruktur obyektlərinin tikilib-istifadəyə verilməsi deməkdir. Bütün bunlar isə ümumi fonda AZƏRBAYCANIMIZIN inkişafında zəruri rol oynayır.

Siyasi sahədə cənab Prezident İlham Əliyevin 2017-ci ilin yekunlarına dair Nazirlər Nabinetinin iclasında səsləndirdiyi fikirlər, bu ildə Azərbaycanda həyata keçiriləcək layihələr və gözlənilən nəticələri qeyd etmək olar. Ən pik nöqtə kimi isə əlbətdə 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi yönündə imzalanan sərəncam dayanır. Dövlət başçısının belə bir sərancam imzalaması ölkə ictimayyəti tərəfindən böyük sevinclə qarşılanıb. Sosial şəbəkələrdə, KİV-lərdə electron xəbər portallarında məsələyə münasibət bildirən ictimai-siyasi xadimlər sərəncamı tarixi sənəd kimi qiymətləndirirlər. Hörmətli Prezidentimiz tərəfindən imzalanmış bu sərəncam tarixi əhəmiyyət kəsb edir.

Belə bir sərəncamın imzalanması bir gənc kimi məni də sevindirdi. Şərqdə ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, cərəyan edən siyasi hadisələrin və xalqımızın milli oyanışının məntiqi yekunu idi. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca qiymətlidir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan dövlətçiliyi tarixinə nəzər salsaq, 1918-ci ildə Cənubi Qafqazda hökm sürən çətin və mürəkkəb şəraitdə qurulan Xalq Cümhuriyyəti böyük tarixi nailiyyətdir. XX əsrin əvvəlində xalqımız milli azadlıq, dövlət müstəqilliyi yolunda ilk dəfə böyük bir addım atıldısa, XX əsrin sonunda milli azadlığa və dövlət müstəqilliyinə tam nail olundu. Ulu Öndər Heydər Əliyev 1991-ci ildə ictimai-siyasi proseslərin gedişi ilə Sovet İttifaqı dağılması nəticəsində, Azərbaycan xalqı əsrlərdən-əsrlərə keçib gələn arzusuna çatdı. Milli azadlıqı, dövlət müstəqilliyi əldə edə bildi.

Ümummilli lider Heydər Əliyev çıxışlarında bu məsələyə toxunub: "XX əsrin əvvəlindən sonunadək xalqımızın qəlbində yaşayan hissiyyatların, xalqımızın içində gedən proseslərin məntiqi nəticəsidir. Dövlət müstəqilliyi bizim əziz nemətimizdir. Bu gün biz 28 May gününü qeyd edərkən Azərbaycanın müstəqillik, istiqlaliyyət bayramını qeyd edirik. Xalqımız bu müstəqilliyi qəbul edib, bundan sonra başqa bir quruluş, dövlət qəbul edə bilməz. Nəhayət, biz öz taleyimizin, ərazimizin, torpaqlarımızın sahibiyik, özümüz özümüzə hakimik. Bu gün, Azərbaycanın milli bayramı günü mən bəyan edirəm ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət mustəqilliyini qoruyub saxlamaqdan, əbədi etməkdən ibarətdir. Bir prezident kimi bu gün bəyan edirəm ki, bu vəzifəyə, bu məqsədlərə mən daim sadiq olacağam”. Ümummilli lider Heydər Əliyevin sənət əsəri olan Müstəqil Azərbaycan bu il 100 yaşını qeyd edən Xalq Cümhuriyyətinin tarixi varisidir. Cənab Prezident İlham Əliyev imzaladığı sərəncam və fərmanlarla, beynəlxalq tribunalarda səsləndirdiyi cəsarətli fikirləri ilə, eyni zamanda Azərbaycanı dünya miqyasında tanıdılması yönündə atdığı addımlarla hər bir azərbaycanlının qəlbində taxt qurub. Biz də bir gənc kimi bu yolun daha işıqlı olması, bu siyasətin daim yaşaması üçün öz əlimizdən gələni əsirgəməyəcəyik. Yaşa cənab Prezidentimiz.


AYGÜL AĞAYEVA

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı,
YAP Səbail rayon ərazi ilk partiya təşkilatının Gənclər Birliyinin sədri