adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Yanvar 2018 11:02
12260
MƏMLƏKƏT
A- A+

Prezident açılışda iştirak etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin paytaxtın Xətai rayonunda yerləşən Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasının, 220 saylı yarımstansiyasının, 110 kV-luq "Yasamal 1” yarımstansiyasının, 110 kV-luq "Qobu” yarımstansiyasının və 120 saylı yarımstansiyanın açılışında iştirak edib.

Adalet.az xəbər verir ki, dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi. "Azərişıq” ASC-nin sədri Baba Rzayev Prezident İlham Əliyevə inzibati bina və yarımstansiyalar haqqında məlumat verdi.