adalet.az header logo
  • Bakı 7°C
16 Yanvar 2018 17:48
28460
MƏDƏNİYYƏT
A- A+

“Park Cinema”-da “Suyun şəkli” təqdim olundu – Foto - VİDEO

Dahi Hollivud rejissorunun yeni filmi bakılılar tərəfindən necə qarşılandı?

Dünya premyerasına üç gün qalmış – 15 yanvar tarixində "Park Cinema Flame Towers” kinoteatrında ilin ən çox gözlənilən filmlərindən biri – "Suyun şəkli” filminin premyera öncəsi nümayişi baş tutub.

Adalet.az xəbər verir ki, həmin gecədə "Park Cinema” qonaqlara filmin ilk izləyicilərinə çevrilmək, həmçinin emosiya və müsbət təəssüratları paylaşmaq imkanı yaradıb. Əminliklə söyləyə bilərik ki, bu film nümayişə gələn hər kəsi heyran edib.

Hollivudun ən məşhur hekayəçisi Gilyermo del Toronun çəkdiyi amerikansayağı fentezi melodram del Toro və Vanessa Teylorun ssenarisi əsasında ərsəyə gəlib.



Su heç bir formaya sahib deyil – o, istənilən qabın şəklini alır. Gilyermo del Toro bəyan edir ki, elə sevgi də bu cür qurulub.

Film ilk dəfə 2017-ci ilin avqustunda 74-cü Venesiya kinofestivalında təqdim olunub. Filmin Rusiya və Azərbaycan üçün premyerası 18 yanvar 2018-ci il üçün nəzərdə tutulub.




Filmdə hadisələr təxminən 1962-ci ildə SSRİ və ABŞ-ın "soyuq müharibə” zamanı qarşıdurması fonunda baş verir. Elayza – Baltimorda məxfi hərbi laboratoriyada xadimə olaraq çalışan, sıxıcı bir həyat yaşayan qadındır. Uşaqlıqda aldığı travma nəticəsində o, danışma əngəllidir. Laboratoriyaya yeni tədqiqat "obyekti” gətirilir. Elayza və onun həmkarı Zelda bu məxluqun zahirən insana bənzər amfibiya olduğunu öyrənirlər. Elayza bu məxluqu izləməyə başlayır və tədricən onların arasında özəl bağ yaranır. Elayza məxluqu öldürmək və ondan preparat hazırlamağın planlaşdırıldığını öyrənəndə onun xilası üçün məxfi əməliyyatda iştirak etməyə razılıq verir.


Ümumilikdə fantastik janrda çəkilmiş bu filmə təriflər ünvanlanır, hətta onu əsl sənət əsəri də adlandırırlar. Resenzentlər Gilyermo del Toronun yeni işini ən yüksək qiymətlərə layiq görərək filmi "Favnın labirinti” filmindən bu yana ən möhtəşəm film adlanıblar.

Meksikalı rejissor "Oskar” mükafatına ən başlıca namizədlərdən biri olduğu halda, hətta yeni şah əsəri "Qızıl qlobus”un çəkilişlərinə başlamağı bacarıb.

"Suyun şəkli” filmi 74-cü Venesiya kinofestivalının ən yaxşı filmi adına laiq görülüb.