adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Yanvar 2018 17:16
12948
SİYASƏT
A- A+

İlham Əliyev: “2018-ci il önəmli hadisələrlə zəngin il olacaq” - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Adalet.az-ın xəbərinə görə, Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkır Türkiyə RespublikasınınPrezidentiRəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Volkan Bozkır bildirdi ki,Bakıya budəfəki səfərinin məqsədi Azərbaycan RespublikasıMilli Məclisinin beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsi ilə birgə keçirilən iclasda iştirak etməkdir.

Bir neçə gün sonra ölkəmizdə Qanlı20 Yanvarhadisələrinin ildönümünün qeyd olunacağını xatırlayan Volkan Bozkır 2018-ci ilin, eyni zamanda, bir neçə əlamətdar hadisələrlə də zəngin olacağını qeyd etdi. Qonaq bu ilAzərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin,QafqazİslamOrdusununBakını erməni işğalından azad etməsinin 100-cü ildönümünün, həmçinin müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətin Türkiyə olmasının 25 illiyinin təntənəli qeyd olunması ilə bağlı bir sıra tədbirlərin həyata keçiriləcəyini bildirdi.

Ötən il ərzində üç dəfə Türkiyəyə səfər etdiyini deyənPrezidentİlham ƏliyevTürkiyə RespublikasıPrezidentinin, Baş nazirinin, həmçinin müxtəlif nazir və millət vəkillərinin Azərbaycana səfərlərinin əhəmiyyətini qeyd etdi, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin daim möhkəmləndiyini, Azərbaycan ilə Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq və qarşılıqlı dəstək nümayiş etdirdiklərini vurğuladı.

Dövlətimizin başçısıTürkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan BozkırınBakıya budəfəki səfərinin də öz növbəsində uğurlu olacağına, parlamentlərarası əlaqələrin Azərbaycan-Türkiyə birliyini və əməkdaşlığını daha da möhkəmləndirəcəyinə əminliyini ifadə etdi.Prezidentİlham Əliyev2018-ci ilin ölkəmizin tarixində önəmli hadisələrlə zəngin bir il olacağına əminliyini bildirdi, Türkiyə ilə Azərbaycanın bu il də böyük layihələr həyata keçirəcəklərini dedi.

Prezidentİlham ƏliyevTürkiyə RespublikasınınPrezidentiRəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını TürkiyəPrezidentinə çatdırmağı xahiş etdi. Sonda xatirə şəkli çəkdirildi.