adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Yanvar 2018 16:02
13527
İDMAN
A- A+

Pele DÇ-2018 üçün favoritini açıqladı

Əfsanəvi braziliyalı futbolçu, üçqat dünya çempionu Pele DÇ-2018-dəki favoritini açıqlayıb.

Adalet.az goal.az-a istinadən xəbər verir ki, o, Rusiyada keçiriləcək mundialda həmyerlilərinin qalib olacağı qənaətindədir:

"Çempion olmaq üçün bütün imkanlarımız var. Son Dünya Çempionatında da yaxşı oyunçularımız olsa da, təşkilatçılıq baxımından komanda zəif idi. Yığmanın hazırkı baş məşqçisi Tite bu kimi qüsurları aradan qaldıra bilib. Bu bizə gələcəyə inamla baxmağa imkan verir. Braziliya Dünya Kubokunu qazana bilər".

Xatırladaq ki, futbol üzrə 2018-ci il dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək.