Əsəd ordusu İdlibə hücuma keçdi - Moskva Ankara ilə razılaşmanı pozdu
İdlib vilayətinin cənub-şərqinə dislokasiya olan müxalifət Əsəd qüvvələrinin sıxışdırdığı "Həya-Təhrir -əş-Şam” qruplaşmasına (keçmiş "Ən Nüsrə Cəbhəsi") dəstək verəcək.
İnformasiya agentliklərinin məlumatına görə, Suriya ordusu 2015-ci ildə Suriya müxalifətinin nəzarətə götürdüyü Əbu-əd-Duhur aviabazasını geri qaytarmağa çalışır. Hökumət ordusuna hücumlarının sayını artıran muxalifət qüvvələri əsədçilərin İdlibin cənub-şərqində və Hələbin cənub-qərbində mühasirəyə aldığı silahdaşlarına yardım etməyə cəhd göstərir.
İdlib bölgəsi ilə sərhədləri olan Türkiyə rəhbərliyi isə Rusiya və İrandan Bəşər Əsədə təzyiq göstərərək, İdlibə hücumlarını dayandırmağı tələb edib. Yaranmış situasiyanı müzakirə etmək üçün yanvarın 9-da Ankara İran və Rusiya səfirlərini də Xarici İşlər Nazirliyinə çağırmışdı.
Rəsmi Ankara Moskva ilə Astanada əldə etdiyi razılığa əsasən, İdlibin atəşkəs rejiminə daxil olan bölgə kimi tanındığını xatırladıb.
"Biz doğurdan da İdlibin döyüşlərdən azad ərazi olduğunu qəbul etmişdik. İndi baş verənlər bunun əksidir və türklər bizə bunu demək istəyirlər. Amma digər tərəfdən, Dəməşqin əlində başqa çarə də yoxdur”.
Ekspertin fikrincə, rəsmi Moskva Əsədə İdlibi azad etməyə birbaşa yardım göstərməsə də, özəl hərbi şirkətlərin döyüşçü və avadanlıqları Suriya ordusuna dəstək verəcək.