adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Yanvar 2018 14:29
16335
KRİMİNAL
A- A+

15 gündə 100 kq-dan çox narkotik müsadirə olunub

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin 15 günü ərzində güclü təsiredici xüsusiyyətə malik olan, ümumi çəkisi 100 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 16 kiloqramdan çox heroin, 32 kiloqrama yaxın tiryək və 53 kiloqrama yaxın marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Həmçinin, psixotrop tərkibli 2000 ədəd "Metadon” və 210 ədəd "Preqabalin” həb və kapsulaları da aşkar edilərək götürülüb.