Bu gün həyatımızdakifayət qədər çətinliklər və sıxıntılar var. Və biz hamımız evdən çıxanda bu sıxıntılarlaçıxırıq. Çıxırıq və içimizdə də həmin sıxıntılar təlatüm eləyir. Biri xətrimizə dəyəndə, ayağımızı tapdalayanda, yaxudda avtobusda, metroda yer verməyəndə o dəqiqə bomba kimi partlayırıq. Ağzımızdanvə dişimizin dibindən çıxan nə varsa, onun üstünə tökürük. Ancaq dərindən düşünəndəheç xətrimizə dəyən o adamın, o insanın elə də günahı yoxdur. Sadəcə olaraq, bizimhər birimizə müəyyən problemlərlə o qədər yüklənirik ki, ətrafdakılara qarşı da bəzən qəzəb hissi vulkan kimi püskürür.
Ancaq mənim qələmə aldığım bu mövzu da onsuz da həddindənartıq qayğılı olan insanların ovqatını bir qədər də korlayır. Belə ki, bir ildir «Azərsel»in60-80 xidmətindən mənim telefonuma mesajlar gəlir. Və bu mesajlar gələn kimi dəhər dəfə balansımdan 10 kontur silinir. Son bir ildə bəlkə də bu xidmət sahəsi busətirlərin müəllifinə 200 manatdan çox maddi ziyan vurub. İndi qalmışam odla suarasında. Bilmirəm, bu məsələni necə həll edim. Təbii ki, hər bir məsələnin hüquqimüstəvidə həlli yolları mövcuddur. Amma bizim dostumuz Rüstəm müəllim deyir ki,bu cür əhvalat mənim də başıma tez-tez gəlirdi. Getdim «Azərsel»in müştəri xidmətinə,ordan da mənə dedilər ki, bu bizlik deyil. Bir nömrə verdilər, mən də həmin nömrəyləonların «öz dilində» danışdım. Tay bundan sonra «Azərsel» konturumu «yemədi».
Bizimkənddə bir Xalaoğlu Tərxan vardı. Allah ona rəhmət eləsin. Çox yumorlu, duzlu vəşirin adamıydı. Həmişə belə dolaşıq işlər olanda deyərdi ki, onun bir çarəsi var.Gərək həmin adamın yapışasan boğazından vəsonra da dişinin dibindən çıxanı ona deyəsən. Amma indi bu xalaoğlu Tərxanın dediyiüsula ehtiyac yoxdu. Çünki bayaq qeyd elədik ki, hər şeyin sivill formada həlliyolları var. Və biz də çalışacağıq ki, Xalaoğlu Tərxan kimi yox, hüquqi müstəvidə məsələni yoluna qoyaq.
İndidüşünürəm ki, balam, bu üsulla – yəni camaata «atmaqla» gör, «Azərsel» gündə nəqədər pul qazanır. Heç bunu yığıb yığışdırmaq olmaz. Bir başqasının 10 qəpiyinikəssələr, o dəqiqə həmin mağaza barəsində kimsə şikayət eləyir ki, bəs filan mağazaməni 10 qəpik aldadıb. Sovet dövründə adamı 10 qəpik aldatmağa görə, ticarətçinicinayət məsuliyyətinə cəlb eləyirdilər. Hətta 10-15 qəpiyə görə, məhkəmənin hökmüyləməhkum olunan insanlar da vardı. İndisə zəmanə bir qədər dəyişib. Məsələn, dövlətinbir milyonunu, iki milyonunu yeyən adamlar bir də görürsən ki, aşağı məhkəmə instansiyasında9 il iş alır, yuxarı instansiya məhkəməsində isə onu açıb buraxırlar ki, sən demə,bu adamın elə də ağır cinayəti yoxmuş. Bax, bunları görəndə adamın gözləri bərələqalır.
Yəniindi nəinki dövlətin, hətta ayrı-ayrı adamların külli miqdarda pulunu mənimsəyirlər,üstündən də su içirlər. Hələ desən, sudan quru çıxmağı da çox yaxşı bacarırlar.Əhsən, belələrinin ustadına və özünə! Çünki onların ustadlarının və özlərinin çoxqabaqcıl «metodları» var. Bu metodlardan biri də «Azərsel»in çıxardığı oyundu. Əgər sən mənimləmüqavilə bağlamamısansa və mənim o xidmət sahəsinə ehtiyacım yoxdusa, hansı məntiqəəsasən 60-80 hər dəfə bizə xəbər göndərəndə 10 konturumuzu «yeyir». Özü də xəbərdəyazılır: «Xəbər ver xidməti uğurla yeniləndi». Qardaş, mənim sənin bu xəbərinə ehtiyacımyoxdu. Özüm camaata və qəzetlərə maraqlıxəbərlər yayıram. Və bir də ki, şükür Allaha,ölkəmizdə o qədər informasiya mərkəzləri, saytlar var ki, o xəbərləri elə pulsuzalırıq da! Sənin köhnəlmiş, boyat xəbərlərinə nə ehtiyacımız qalacaq?!
Yəqin mənim kimi çoxlarını 60-80 boğaza yığıb. Yadıma«Ac hərflər» tamaşasından yeməkxananın müdiri Həsən kişinin başına gələn əhvalatlardüşür. Orda Həsən kişi iki aktyorun arasına girərək «qan davasını» yatırır. Axırdasakitləşən aktyorlar deyirlər ki, Həsən kişi, biz artistik ey, bir o qədər də bizəbaş qoşma. O da deyir ki, mən sizin kimi artistlərin əlindən boğaza yığılmışam.Bir az borcum vardı, rus oyunçularından nə zülmlə onun yarısını ala bildim. Heçbizimkilər də onlardan geri qalan deyil ha?!
İndi60-80-nin camaata bu cür «atmağı» heç rus oyunçularının Həsən kişiyə «atmağından»geri qalmırl. Vallah, fikirləşə-fikirləşə qalmışam. Əvvəllər bir az durumumuz babatidi. Onda 5-10 manatlıq telefona kontur yüklədirdim.İndi isə hamı kimi mənim də vəziyyətim uruscadı.Yəni iqtisadi böhran mənim də əlimi aşağı salıb. Güc-bəlayla telefona iki və yaxudbir manatlıq kontur yükləyirəm. Onu da əlimdən 60-80 çox peşəkarcasına alır. Qalıram mat-məəttəl.
Onlarsehirgahlıqda məşhur İo Kio babanı da keçiblər. Əgər belə olmasaydı, «Azərsel»in 60-80 xidməti mənim konturlarımıtez-tez yeməzdi. İndi hövsələnin də yeri var. Uzun müddət dözdüm ki, bəlkə bu xidmətsahəsi mənim kimi insanlardan əl çəkib cibimizə girməyə. Amma görürəm ki, yox ey,onlar əl çəkən deyil. Elə ona görə də bu yazını qələmə alıram ki, altmış-səksən,insafın olsun, bəsdi bizim cibimizə girdin! Elə eləmə ki, səninlə məhkəmədə görüşək!Əgər məhkəmədə görüşsək, mən səndən dəymiş zərərə görə, on min manat pul istəyəcəm!
Düşünürsənki, bu on min manat nə mənə olan şeydi. Düzdür,sizin üçün bu qəpik-quruşdu. Ancaq mən və mənim kimi adamlar üçünsə elə on konturda on min manat deməkdir. Qaytarın, mənim və mənim kimi yüzlərlə insanın cibindənoğurladığınız o pulları!..