Əbülfət MƏDƏTOĞLU: GÖY ADAMINA VİDA MƏKTUBU

ƏBÜLFƏT MƏDƏTOĞLU
162094 | 2018-01-16 13:06

Yazıyabaşlamamışdan öncə açıq şəkildə bəyan etmək istəyirəm:

- ÇOX ÇƏTİNDİMƏNƏ BU CÜR YAZILARI YAZMAQ. VALLAH, BİLLAH ÇOX ÇƏTİNDİ!!!

Ona görə ki,itirdiyim dostdan yazıram... ona görə ki, ayrıldığım könül sirdaşımdanyazıram... ona görə ki, güvəndiyim dağdan yazıram... ona görə ki, öz təklənməyimdənyazıram... bir belə adamın içində yetim qalmağımdan yazıram... Və bunlarıyaza-yaza da lap yetimləşirəm, lap təklənirəm. İnsan nə qədər budanar, insan nəqədər göz yaşını içinə axıdar... insan nə qədər ürəyini ovcunun içərisindəsıxıb dözüb durar. Vallah, bu heç dözmək də deyil. Bu, sadəcə ayaqda qalıbitirdiyinin başdaşını qucaqlamaq üçün verilən bir möhlətdi. Bax, bu möhlətdənyazmağın özü də ağır dərddi...

İndi Razimdənyazıram. Əslində yazmıram. Razimi necə tanımışam, necə sevmişəm, necədostlaşmışam, o məqamın, o anın şəklini çəkirəm. Uşaq başını aşağı salıbkarandaşla şəkil çəkdiyi kimi. Heç kimin üzünə baxmadan şəkil çəkirəm, Raziminşəklini. Və mənə elə gəlir ki, o, bu dəqiqə özünəməxsus təbəssümüylə məni özümdənayıracaq və özünəməxsus səsiylə deyəcək:

- Bah attonan,heç bu şəkil mənə oxşamır ki?!

Mütləq belə deyəcəkvə mən də onunla razılaşacam. Çünki Razimin şəklini çəkmək mənim gücümdə deyil.Razimin şəklini Allah çəkib - sevgiylə, musiqiylə və bir də mizrabla. Bax, omizrabı elə-belə demədim. İlk dəfə mən Razimi əlində tar, başıaşağı yol gedəndəgördüm. Onda 1979-cu il idi. İndiki kimiyadımdadı, Razim əlində tar Füzuli şəhərinin mərkəzi küçəsiylə başıaşağıgedirdi. Yanında dayanan rəhmətlik Vahid Əlifoğlunu görəndə dayandı. Görüşdülər.Mən də görüşdüm. Vahid təəccüblə üzümə baxdı.

- Razimitanımırsan?

Çiynimi çəkdim.Və Vahid də özünün o kişi kobudluğuyla:

- Ə, sən RazimPaşayevi tanımırsan? Ə, onun mahnılarını Zeynəb Xanlarova oxuyub ey!

Tanıdım Razimi!Əslində qiyabi tanıdığım Razim Raşayevi ilk dəfə əyani gördüm. Bəlkə də bu mənimhəyatımda ilk diri gördüyüm bəstəkar idi. O birilərini televizorda görmüşdüm."Araz" qəzetinin redaksiyasının önündəki küçədə gördüm. Beləcə,başladı münasibətlərimiz...

Razim hər səhərqızının əlindən tutub o biri əlindəki tarıyla birlikdə həmin küçəni keçibgedirdi. Qızını məktəbə aparırdı. Sonralar öyrəndim ki, onun qəribə bir həyattarixçəsi var. O, qızıyla birlikdə qalır. O, gül parçası kimi uşağın saçlarınıelə hörüb darayırdı ki, həmin məsumluğa baxmaqdan doymaq olmurdu. Elə bil ki,qızcığazın hörüklərini hansısa bir peşəkarsaç ustası darayıb hörmüşdü. Uşağın geyimi o qədər yerində olurdu ki, sanki onukimsə bəzəyib evdən məktəbə yola salırdı. Bax, beləcə keçib gedirdi həmin küçəniRazim Paşayev. Öncə qızını məktəbə ötürürdü, sonra özü musiqi məktəbinə üz tuturdu...

Bəli,"Araz" qəzetində işlədiyim illər idi. Arabir günorta naharını birlikdəedirdik - Vahid, Razim, mən, hərdən Süleyman Qaradağlı da qoşulurdu bizə,TalehƏliyev də. Hərəmiz öz imkanımıza görə, necə deyərlər, "nemes hesabı"süfrə açırdıq. Razim siqaretdən tamam uzaq idi. Sonralar başladı siqaretlə yaxınlığa. Xüsusiləqaçqınçılıqda. İçkiyə də o qədər meylli deyildi. Hətta bizə hərdən irad datuturdu. Amma Razimin söhbətinə qulaq asmamaq, onun musiqiylə bağlı bilgilərinəheyran olmamaq mümkün deyildi. İndiki dillə desək, əyalətdə yaşayıb musiqininqatlarına baş vurmaq hər adamın bacardığı, hər adamın çiyin verdiyi işlərdənsayılmır. Amma Razim bütün həyatını musiqiyə həsr eləmişdi. Bir an da olsunvaxtını boş keçirmirdi. Qızıyla, onun dərsləriylə məşğul olandan sonra keçirdipianonun arxasına, ya da tarı sıxırdısinəsinə. Hərdən mənə elə gəlirdi ki,Razim öz yaradıcılıq dünyasına çəkiləndə Allahdan başqa hamını unudur və o, budünyadan çıxıb gedir. Çünki mən bir dəfə onun necə işlədiyini özünün xəbəriolmadan izləmişəm. İnanın ki, musiqinin ən incə nöqtələrinə nüfuz etmək üçünonun sifət cizgiləri də o notlarla birlikdə bir-birini əvəzləyirdi. Gahpianonun dilinə toxunur, gah stola barmaqlarını səssizcə döyəcləyir, gah tarısinəsinə sıxır, gah da qələmlə vərəqdə nəyisə işarələyirdi. Hərdən də bütünbunların içərisində onun zümzüməsini eşitmək olurdu. Və mən görürdüm ki, Razimmusiqiylə birlikdə sözü də dirildir, sözü də cilalayır. Və o, sözlə musiqinibirlikdə qoyur ortalığa. Hətta bir dəfəmənə dedi ki, qulaq as, sənin sözlərinə yazdığım mahnını ifa edəcəm. Vəbaşladı. Doğrudur, onun xanəndə, müğənni səsi yox idi. Amma öz musiqisini eləifa edirdi ki, sanki övladını oxşayırdı, sanki nəvəsinin saçlarına əlini çəkirdi.Və mən onda gördüm ki, Razim mahnı yazanda, musiqi bəstələyəndədoğrudan-doğruya göy üzünün adamı olur. Göy üzünün adamı isə Yer üzündə çoxqala bilməz. Necə ki, Razim qalmadı...

Hə, deyim ki,qaçqınçılıqda daha sıx-sıx görüşürdük Razimlə. Nəşriyyata gəlirdi. İş otağındasaatlarla dərdləşirdik. Vahidin ölüm xəbərini eşidəndə başıalovlu gəlmişdi. İçərigirəndə bircə kəlmə demişdi:

- Eşitdiyim xəbərdoğrudu?

Kirpikləriminucundan hiss etdi xəbərin doğruluğunu. Sakitcə kökündən üzülən ağac kimi çökdükresloya. Və...

- Həə...- dedi.Başladı yarpaq tökümü - əlavə etdi Razim.

Həmin gün ancaqVahiddən danışdıq. Şeirlərini necə yazdığını, necə müzakirə etdiklərimiziyadımıza saldıq. Elə bil ki, Vahidin bizi tərk etməsiylə doğmalığımız bir az daartdı. Daha doğrusu, bir-birimizdən bir az da bərk yapışdıq. Və bir gün dedi:

- Qağa, sənin əlliyaşına bir hədiyyəm var. Axşam zəng vurub telefonla deyəcəm.

Doğrusu,gözləmədiyim bir hiss yaşadım. Axşamaqədər vurnuxdum içimdə. Görəsən, nə hədiyyəsidi bu?! Axır ki, zəng gəldi Razimdən.Götürdüm telefonu. Bircə kəlmə dedi:

-Qulaq as!

Məndə qulaq asdım. Yaqut Babayeva oxuyurdu. Sözlər mənə tanış gəldi. Bir az dadiqqətlə qulaq asdım. Hə, bu mənim sözlərimdi. Mahnı bitdi, yenə Razimin səsi gəldi:

-Necədi?

-Çox gözəl, öpürəm səni - dedim.

-Qağa, sənin ad gününə şeirlərindən ibarət mahnı çələngi hazırlamışam. On mahnıhazırlamışam. Sənə demirdim ki, yubileyinə hədiyyə olsun. Sabah kasetimi də gətirəcəm.Onda ifaçıları da tanıyarsan.

Razimbelə dostuydu... Razim belə təmənnasız bəstəkarıydı... Razim belə bir ürəyinsahibiydi...

Sonraredaksiyamıza gəlişlərinin birində ev məsələsini dilə gətirdi. Kirayələrdə çəkdiyi əziyyəti xatırlatdı.Aqil Abbasdan kömək istədi... Və sonra yenə mənə zəng vurdu. Özü də bu zənglə ayrılığımızın arasında heç 40günlük məsafə yoxdu. Zəng vurdu və dedi:

- Qağa, SəyyadƏlizadə sənin sözlərinə klip çəkdirib. Yutuba daxil ol, orda paylaşılıb, görəcəksən!

Tələsik açdım vəbaxdım. Musiqisi Razim Paşayevin olan "Mən səni sevməkdən doya bilmirəm"mahnısını Səyyad Əlizadə ifa edirdi. Çox gözəl alınmışdı. Təkrar onu aradım. Təşəkküretmək istəyəndə özünəməxsus ərklə:

- Səyyada zəngvur! - dedi. Biz qardaşıq.

Dediyini etdim vəSəyyad Əlizadəyə zəng vurub təşəkkürümü bildirdim...

Ötən şənbə günü,yəni yanvarın 13-də zəng vurmuşdu mənə Razim. Telefonla danışdıq. Razılaşdıqki, 1-ci gün, yəni yanvarın 15-də redaksiyada görüşək. Evlə bağlı danışacaqdıq.Amma...

Amma yanvarın14-də gecə yarısı yuxum ərşə çəkilmişdi. Feysbukda əlləşirdim. Səyyad Əlizadəninpaylaşmasını gördüm. Üzücü bir xəbəri ürəkağrısı ilə yazmışdı. Oxudum və gözyaşlarımı tuta bilmədim. İçimdə bir damcı ümid var idi. Düşünürdüm ki, bəlkəyanlış xəbərdi. Səhəri bütün dostları aradım. Razimi tanıyanlara telefon açdım,özünə zəng vurmağa ürək etmədim. Nəhayət ki, Süleyman Qaradağlını tapdım. O dabircə kəlmə dedi:

- Əbülfət, Razimgetdi...

Hə, ağır bir kəlməniSüleyman elə ağrıyla dedi ki, hələ də o ağırlığın altında dayanıb dura bilmirəm.Və mən elə gəlir ki, "Razim getdi" sözüylə elə mən də getmişəm...

Yadıma ötəngörüşlərimizin birində Razimə içimdə bir şeirin olmasıyla bağlı etdiyim söhbətdüşdü. Razim onda demişdi ki, yazarsan bu şeiri. Amma siftəsini mənə oxuyarsan.Söz vermişdim. Razimdən sonra bitirdim o şeiri. İndi ruhuna oxuyuram onu.Yazmışdım ki:


Dərdimiçıxartdım bazar başına

Sadəcə baxdılar,keçib getdilər...

Hərə ölçüsünə, hərəyaşına -

Nəyi uyğunbildi, seçib getdilər...


O qədər dərd, ələmalmışam səndən

Səpilib ömrümə,günümə dən-dən...

Doya bilmədiyimadamlar məndən -

Yamanca tezdoyub, köçüb getdilər...


Bir vaxt göydətutan qaş, gözü, himi

Əbülfət,köklənmir dostların simi...

Onlarson damlanı son ümid kimi -

Kirpikdənsüzdürüb, içib getdilər...


Hə,Razim, xoşuna gəldimi bu şeirim? Oxuya bildimmi sənin üçün? Bilirəm, sən heçvaxt iradını deməkdən çəkinməmisən. İndi də pıçılda mənə. Nə yerində deyilsə,dəyişim. Dəyişim ki, yanına gələndə utanmayım. Və bir də ...

Nə isə demək istəyirəmsənə, amma dilim dönmür. Yəqin nə deyəcəyimi artıq özün bilirsən. Vahidə salamde! De ki, tək qoyub gəldim. Bax, yadından çıxmasın ha, gələndə soruşacam!

P.S. Razim, həmişəsəninlə müsahibələr yazmışam. Fikirlərini mətbuata çıxarmışam. İndi isə sənə məktubyazdım...



TƏQVİM / ARXİV