adalet.az header logo
  • Bakı 18°C
16 Yanvar 2018 11:58
18970
MARAQLI
A- A+

ABŞ-da dəhşətli ev - 13 uşağı zəncirlənmiş halda tapdılar

ABŞ-ın Kaliforniya əyalətində qaranlıqda, 13 uşağı çarpayıya zəncirləyib əsir saxlayan ər-arvad tutuldu.

BBC-nin verdiyi məlumata görə, ər-arvadı uşaqlara işgəncə verib əsir saxladıqlarına görə nəzarət altına götürən polislər deyib ki, 17 yaşında qız onların əlindən qaçmağı bacarıb və evi də qızın sayəsində tapıblar. Bazar günü qaçan gənc qız, evdə tapdığı bir mobil telefondan səlahiyyətlilərə anasının və atasının, 12 qardaş-bacısının onunla birlikdə əsir saxlandığını deyib.

17 yaşında olmasına baxmayaraq 10 yaşında biri kimi görünən qız həm də fiziki cəhətdən zəif olub.


Qonşuları: Çox da çölə çıxmırdılar.

57 yaşlı David Allen Turpin və 49 yaşlı Louise Anna Turpin ilə birlikdə 2 - 29 yaş arasında olan 13 uşağı tapılıb.

Zir-zibil içində olduqları deyilən uşaqların qardaş-bacı olduğu düşünülür. Polislər, bəzi uşaqların qıfıllarla, zəncirlərlə çarpayıya bağlanmış və pis qoxular içində tapdıqlarından, bəzilərinin isə 18-29 yaşında, yetkinlik yaşına çatmış olmaqlarından təəccübləndiklərini deyiblər.

Bütün uşaqlar xəstəxanaya yerləşdirilib. Xəstəxanaların birinin müdiri olan Mark Uffer xəbər agentliyinə, bütün işçilərlə birlikdə gördükləri bu inanılmaz mənzərədən çox pis təsirləndiklərini, kədərləndiklərini deyib.

Reuters agentliyinə danışan ər-arvad haqqında danışan qonşular deyib ki, onlar qapalı adamlardır. Onları kimisə ziyarətə, kimlərinsə onların evinə gəldiyini görmədik. Sadəcə, alış-veriş üçün marketə gedərdilər.

David Allen Turpinin Kaliforniya Təhsil Nazirliyinin veb saytındakı axtarışlardan sonra bölgədəki özəl məktəblərdən biri olan Sandcastle Gündüz məktəbinin müdiri vəzifəsində işlədiyi məlum olub.

Amerika mətbuatı ər-arvadı iflas olduğunu qeydə alıb.

Və feysbuk səhifələrində uşaqlarla bərabər bir bəzi tədbirlərə qatıldığını göstərən şəkilləri paylaşdığı məlum olub.