adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Yanvar 2018 11:36
7057
HADİSƏ
A- A+

Əhalidən xeyli sayda silah-sursat götürülüb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, yanvarın 15-də Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bankə qəsəbə sakini Ruslan Təhməzov saxlanılıb. Onun üzərindən 1,2 qram həşiş aşkarlanıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evinə də baxış keçirilib, oradan əlavə olaraq 30,5 qram həşiş, həyətindəki yardımçı təsərrüfatdan isə "AKM” markalı silah və içərisi patronla dolu 2 patron darağı aşkar edilərək götürülüb.

Ötən gün həyata keçirilən əməliyyat tədbirləri ilə Sabirabad, Ağdaş və İmişli rayon polis şöbələrinin əməkdaşları tərəfindən vətəndaşlardan müvafiq sənədləri olmayan ümumilikdə 5 ədəd - 2 ədəd "TOZ-16”, 1 ədəd "BUM”, 1 ədəd "Tula” və 1 ədəd "İJ” markalı tüfənglər götürülüb.

Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Səftər Talıbov "İJ-16” markalı tüfəngi 42-ci Polis Bölməsinə təhvil verib.