adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
16 Yanvar 2018 10:32
12593
SİYASƏT
A- A+

Milli Məclisin 3 deputatı Bolqarıstana gedib

Bu gün Milli Məclisin deputatları Rauf Əliyev, Ağacan Abıyev və Sabir Hacıyev Bolqarıstanın paytaxtı Sofiya şəhərinə səfər ediblər.

Milli Məclisdən Adalet.az-a verilən məlumata görə, Bolqarıstan Xalq Məclisinin Azərbaycanla dostluq qrupu sədrinin dəvəti ilə baş tutan səfər zamanı millət vəkilləri Bakı ilə Sofiya arasında ilk birbaşa hava reysindən istifadə ediblər.

Deputatlarımız Bolqarıstan parlamentində həmkarları ilə bir sıra görüşlər keçirəcəklər. Tərəflər ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi, parlamentlərarası əməkdaşlığın inkişafı və digər məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

Səfər yanvarın 19-da başa çatacaq.