adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Yanvar 2018 10:15
10917
MƏMLƏKƏT
A- A+

Ötən il Azərbaycana 13 ölkə rəhbəri səfər edib

2017-ci il ərzində Azərbaycana 13 ölkənin rəhbəri səfər edib.

Adalet.az xəbər verir ki, bu barədə "Azərbaycan" qəzetində dərc olunan məqalədə bildirilib.

Qeyd olunub ki, Qazaxıstan, Moldova, Türkmənistan, Bolqarıstan prezidentləri, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri rəsmi səfərlə, Əfqanıstan Prezidenti işgüzar səfərlə Azərbaycanda olublar.

Makedoniya, Monteneqro, Albaniya, Gürcüstan, Latviya dövlət başçıları V Bakı Qlobal Forumunda, Mali Prezidenti IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda, Türkiyə Prezidenti Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi və Azərbaycanla Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək məqsədilə ölkəmizə səfər ediblər. Bundan başqa, Qazaxıstan, Gürcüstan və Özbəkistanın baş nazirləri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimində iştirak etmək üçün Azərbaycanda səfərdə olublar. O cümlədən 18 beynəlxalq təşkilatın rəhbəri və ya rəhbərliyə daxil olan şəxslər ölkəmizə səfər edib.