adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
15 Yanvar 2018 18:23
13029
SİYASƏT
A- A+

İlham Əliyevin Bolqarıstanın Baş naziri ilə təkbətək görüş olub

Yanvarın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisov ilə təkbətək görüşü olub.

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisovu qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Görüşdə ikitərəfli siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. Bolqarıstanın Baş nazirinin Azərbaycana səfərinin əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub, ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.