ANA SƏHİFƏ / HÜQUQ

Fədayə Laçının həbs müddəti daha 3 ay uzadıldı

23389    |   2018-01-15 17:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müğənni Fədayə Laçının həbs müddəti daha 3 ay uzadılıb. Bu barədə onun hüquqlarını müdafiə edən vəkil Türkel Süleymanlı bildirib.

Vəkil deyib ki, Nəsimi rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında F.Laçının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti aprelin 25-dək uzadılıb:

"Müvəkkilim həbs müddətinin uzadılması qərarı ilə razılaşmayıb. Bu səbəbədən də Nəsimi rayon məhkəməsinin qərarından apellyasiya şikayəti vermişik. Məhkəmənin vaxtı hələ dəqiqləşməyib”.

Oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.(modern.az)




İmza:
SON XƏBƏRLƏR
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir məşhur həkim öz işini oğluna tapşırır. Oğlu işdən evə sevinclə qayıdaraq deyir:
- Ata, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə müalicə etdim.
Atası əsəbiləşərək deyir:
- Sən nə etdin?! Mən 30 ildir ailəmi o xəstənin hesabına saxlayıram.




digər lətifələr
ARXİV
FACEBOOK